Daha 201 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya gətirilib
Azərbaycanın Milli aviadaşıyıcısı – AZAL iyulun 26-da daha bir çarter reysi ilə COVID-19 pandemiyası səbəbindən Rusiyada qalmış soydaşlarımızın bir qrupunu Moskvadan Bakıya gətirib.
AZAL-dan Frame.az-a verilən məlumata görə, həmin reyslə 201 nəfər soydaşımızın Azərbaycana gətirilməsi təmin edilib.
Təyyarəyə COVID-19 testinin mənfi nəticəsi barədə arayış təqdim edən sərnişinlər buraxılıb. Bütün sərnişinlər Bakıya gəldikdən sonra iki həftə özünütəcrid rejimində olmalıdırlar.
Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış plana əsasən həyata keçirilir.