“Dayanıqlı gələcəyin üçün fikrini bildir!” adlı sorğu
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA), Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) tərəfdaşlığı ilə Dayanıqlı İnkişaf Məqsədlərinin həlli istiqamətində kəmiyyət statistikası yaratmaq məqsədi ilə gəncləri sorğuda iştirak etməyə dəvət edir.
“Dayanıqlı gələcəyin üçün fikrini bildir!” adlı sorğu, Dayanıqlı İnkişaf Məqsədləri tematikası istiqamətində keçirilməsi planlaşdırılan layihələrin keyfiyyətini artırmaq, məlumatlılıq səviyyəsini ölçmək və vahid məlumat bazasını formalaşdırmaq məqsədi daşıyır.
Sorğu, Birləşmiş Millətlər Təşkilatının “Davamlı inkişaf üçün hərəkət planı” adlı gündəliyinin 2030-cu ilə qədər həlli planlaşdırılan hədəflərindən 2019-cu il üçün seçilmiş olan 6 prioritet məqsədləri üzərində hazırlanmışdır.
”Heç kəs geridə qalmasın” (No one left behind) şüarını rəhbər tutan Məqsədlərlə bağlı sorğu,Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən sizlərə Dayanıqlı İnkişaf Məqsədlərinin əsas problemləri və ambisiyaları barədə fikirlərinizi bölüşmək üçün yaradılmışdır.
Sizlər, ölkəmizdə yaşayan 2.5 milyon gəncdən birisiniz. Sizin bölüşəcəyiniz 1 səs və ya 1 fikir, kəmiyyətcə az görünə bilər. Lakin, 2.5 milyon səs birləşərsə mütləq ki eşidiləcək və dayanıqlı gələcək üçün müsbət dəyişikliklər gətirəcək. Unutmayın ki, yaşadığınız dünyanın 2030-cu ilə qədər dayanıqlı formalaşması sizlərin əlindədir.
NAYORA tərəfindən hazırlanan sorğunun nəticələri aşağıdakı məqsədlər üçün istifadə olunacaq:
– Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri haqqında məlumatlılıq dərəcəsinin ölçülməsi;
– Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı gələcək fəaliyyət istiqamətlərinin seçilməsi;
– Sorğu cavablarının nəticəsi olaraq, gənclərin iştirakçılığının artırılmasının həlli yollarının tapılması;
– Həyata keçiriləcək layihələrin sorğunun statistikası əsasında planlaşdırılması və reallaşdırılması, eyni zamanda gərəkən hallarda bu sahədə çalışan dövlət qurumlarına və BMT-nin Azərbaycan ofisinə tövsiyyələrin verilməsi.
Dayanıqlı İnkişaf Məqsədləri BMT və 193 hökumətin 2015-ci ilin sentyabr ayında keçirilən tarixi sammitində qəbul edilmiş və insanların, planetin, sülhün və əməkdaşlığın ən mühüm 17 problemləridir.
5 dəqiqə vaxtınızı ayırmaqla, bəlkə də gələcəyiniz üçün çox mühüm problem ola biləcək məsələni həll edə bilərsiniz. Belə bir təşəbbüs göstərmək istərdinizmi?
O zaman aşağıda qeyd olunan linkə daxil olaraq sorğuda iştirak edin.
Link:
https://bit.ly/2Tlv3ds
Daha ətraflı məlumat üçün:
Sorğunun bitmə tarixi: 15 Mart 2019-cu il
Frame.az