Bizim AşpazEventsLəzzətli BölümOxu zalıTəqdimat

“Azərbaycan mətbəxi Qacarlar dövrünün bərpa edilmiş xörəkləri” kitabının təqdimat mərasimi keçirilib

06 Mart 2019- cu il tarixində “Turan Park Restoran” – da uzun müddət bərpası üzərində iş aparılan və yenicə işıq üzü görmüş “Azərbaycan mətbəxi Qacarlar dövrünün bərpa edilmiş xörəkləri” kitabının təqdimat mərasimi keçirildi.
Müəlliflər: Tahir Əmiraslanov, Oruc Əliyev, Ağakərim Şamidzadə, Bəyim Məmmədova, Aynurə Əmiraslanova, Mübariz Quliyev “Azərbaycan mətbəxi Qacarlar dövrünün bərpa edilmiş xörəkləri” Bakı. “Elm və təhsil” nəşriyyatı, 2018; 396 səh.
Giriş sözü risalənin tərcüməçisi Rauf Şeyxzamanlı, ön söz isə Tahir Əmiraslanov tərəfindən verilib.
Kitab Nadir Mirzə Qacarın “Karnamə” risaləsində verilən yeməklərin restavrasiya edilməsidir. Düny tarixində bununla ilk dəfə mətbəx düsturlarının, mətbəx kitabının restavrasiyası baş verdi.
Təbrizin valisi Nadir Mirzə Qacar Bərdəli arvadı ilə birlikdə 1875-ci ildə yazmağa başladığı, 1883-cü ildə başa vurduğu “Karnamə” risaləsində 203 xörəyimiz barədə məlumat verir. Lakin xörəklərin düsturları (reseptləri ) verilmir. Risalə əsasında 203 xörəyimiz bərpa edildi. Hər xörəyə uyğun 2 yeni müasir texnologiyalara uyğun düsturlar işlənildi.
“Karnamə” risaləsi 2013-cü ildə tərəfimizdən MEA-nın Milli Əlyazmalar İnstitutu ilə birlikdə tərcümə və nəşr edilmişdi. 5 il ərzində isə tərəfimizdən risalədə verilən Milli mətbəx nümunələrinin bərpası işi aparıldı. Milli mətbəximizin yazılı abidəsi, sübutu olmaqla yanaşı bu kitab həm də bu günkü restoran biznesi və əhali üçün istifadə edilə biləcək vəziyyətə salındı.
Bu isə Milli mətbəxin sistemləşdirilməsi, qorunması, təbliğatı və milli mədəni irsə aid edilməsini təmin etmək istiqamətində atılan vacib addımlardandır.
Kitaba elmi rəy Azərbaycan Dövlət İqtisad Universitetinin Qida Məhsulları Texnologiyası kafedrası tərəfindən verilmişdir.
Kitab Azərbaycan Dövlət Turizm Agentliyinin eqidası altında nəşr edilmişdir.
Kitabın nəşr xərcləri Azərbaycan Milli Kulinariya Assosiasiyasının sponsorları tərəfindən ödənilmişdir. Kitabın nəşri ilə bağlı göstərdiyi dəstəyə görə ” Turan” restoranlar şəbəkəsinə dərin təşəkkür edirik.
Tədbirdə çıxış etdilər:
Turan restoranlarının rəhbəri Mübariz Quliyev,
Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov, kitabın müəlliflərindən Oruc Əliyev,
kitabın tərcüməsi ilə məşğul olan Rauf Şeyxzamanov, millət vəkili Qənirə xanım Paşayeva, millət vəkili Adil Əliyev , Dövlət Turizm Agentliyinin rəsmiləri, Mədəniyyət Nazirliyinin rəsmiləri,MEMİM direktoru Asif Usubəliyev, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları, “Millenium” turizm şirkətinin rəhbəri Ruslan Quliyev tanınmış aparıcı və xeyriyyəçi Hacı Nuran və digərləri iştirak edərək çıxışlar edib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!