Dilşad Əhədova Balahəşimxanlı kəndində görüşlər keçirib
Deputatlığa namizəd Dilşad Əhədova Sabirabad rayonunda görüş keçirib.
Frame.az xəbər verir ki, 64 saylı Sabrabad rayon ikinci seçki dairəsindən namizədliyini irəli sürmüş Əhədova Dilşad rayon ərazisində bir çox görüşlər keçirib.
O, bu dəfə Sabirabad rayon Balahəşimxanlı kəndində yerləşən məscidi də ziyarət etməyi unutmayıb.
“Balahəşimxanlı kənd məscidini də ziyarət etdik. Neçə vaxtdır təbliğata görə, sanki uşaqlardan ayrı düşmüşdüm. Bu gün balaca mələk mənə xüsusi güc-qüvvə verdi. Uşaqlarsız həyat çox rəngsiz və maraqsızdır. Gələcək bu mələk balalarındı. Gəlin gələcəyimiz üçün BİR olaq! Gələcəyimiz üçün BİRLİK olaq!”, – deyə Ə. Dilşad səmimi söhbət zamanı bildirib.