MəsləhətSağlamlıq

Dişlərə zərər verən qidalar

Dişlərimizə hər zaman qulluq etməli, daima həkim müayinəsində olmalıyıq. Gün ərzində ən az iki dəfə dişlər fırçalanmalı və hər yeməkdən sonra ağız yaxalanmalıdır.

Qidalanarkən yediklərimizə fikir verməliyik. Soyuq və isti qidalardan həmçinin, dişlərimizə zərər verəcək bütün qidalardan uzaq durmalıyıq.

Dişlərə zərərli olan qidalar:

Kola və bu kimi qazlı içkilər, enerji içkiləri
Kola və bu kimi içkilərin tərkibində həm ortofosfat və sitrit turşusu vardır ki, bunlar da dişlər üçün çox ziyanlıdır. Nəinki dişlər həm də sağlamlığınıza zərərlidir.

Limon
Limon da ph dəyəri 7-dən aşağı olan qidalardandır. PH dəyəri 2 olan limon dişləriniz üçün zərərlidir. Tərkibindəki turşular da eyni zamanda dişlərin mina qatını zədələyir.

Spirt
Spirt  ağız quruluğuna səbəb olduğu üçün isifadə edilməməlidir.

Siqaret
Diş və diş ətinizə ziyanlıdır və pis ağız qoxusunun yaranmasına səbəb olur.

Buz
Olduqca sərt və soyuq olan buz dişlərə toxunduğunda mina qatına ziyan verir.

Quru meyvələr
Quru meyvələrin tərkibində yüksək miqdarda karbohidrat vardır. Quru meyvələr dişlərə yapışaraq ağız boşluğunda uzun müddət qaldığından dişdə bakteriyaların yaranmasına və diş çürüklərin yaranmasına səbəb olur. Ona görə də quru meyvə yedikdən sonra dərhal dişləri fırçalamaq və ya şəkərsiz saqqız çeynəmək lazımdır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!