Maraqlı

Dollar işarəsinin yaranması

Bir çoxlarının dolların necə yaranması barədə heç bir məlumatı yoxdur. Frame.az sizə dolların yaranma tarixi barədə bir neçə fərziyyələri təqdim edir.

Ən çox qəbul edilən mənbəyə əsasən ($) işarəsinin yaranması 1700-ci illərin sonlarında Amerikada inqilab dövründə əsas mübadilə vahidi kimi istifadə edilmiş İspan pesosuna köklənir. O zamana aid əlyazma sənədləri göstərir ki, Amerikada peso – PS işarəsi kimi qısaldılıb.

1 Aprel 1778-ci ildə amerikalı biznesmen Oliver Pollok $ (dollar) işarəsini düşünüb tapmışdır. Oliver Pollok bu hərf birləşməsini bir işarə formasında yazaraq, əvvəlcə P, sonra is S hərfini onun üzərində yazarmış. Daha sonralar isə S yazıb, üzərinə iki qoşa xətt çəkmişdir (müasir $ — dollar işarəsi kimi).

Öz mühasibat hesabatlarını Pollok konqresmen Robert Morrisə təqdim etdikdən sonra bütün sənədlərdə rəsmi olaraq dollar işarəsi bu cür göstərilməyə başlanmışdır. Bir neçə ildən sonra, yəni 1786-ci dollar ABŞ-ın milli valyutası çevrildi. Qeyd olunduğu kimi, dollar işarəsinin başqa yaranma teoriyaları da var. Bunlardan biri də belədir — S hərfinin üzərindən U hərfi yazılardı, yəni – USA abbreviaturasının ilk hərfi.

Bu, ABŞ dollarının başqa ölkələrin dollarından seçilməsi üçün edilmişdi. Sonralar U hərfi iki vertikal xəttlə əvəz olunmağa başladı. İndiki dövrümüzdə isə bu işarə artıq bir xəttlə də istifadə olunur.

Habelə 1875-ci ildə ilk ABŞ kağız əskinazında dolların nəşr edilməsinə qədər ümumi istifadədə olub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!