FestivallarMədəniyyətTəqdimat

“Dostluq” adlı mədəniyyət festivalı keçirilib

Bakı Şəhər Mədəniyyət və Turizm baş idarəsinin təşəbbüsü ilə avqustun 19-da Mərdəkan Mədəniyyət Mərkəzində Azərbaycan və İrandan ölkəmizə təşrif buyurmuş sənətçilər arasında “Dostluq” adlı mədəniyyət festivalı keçirilib.

Qeyd edək ki, sözü gedən festival hər il müxtəlif ölkələrin nümayəndələri arasında keçirilir və tamaşaçılar tərəfindən böyük marağa səbəb olur.

Bu dəfəki festival bir balaca layihə konseptindən kənara çıxaraq zala toplaşan tamaşaçıları nəinki müxtəlif rəqs nümunələri və ifalar, hətta poeziya dəqiqələri ilə də valeh etdi.

Festival zamanı İrandan və Təbrizdən ölkəmizə təşrif buyurmuş müsiqiçilərin ifaları, azəri rəqs ansamblının solistlərinin milli rəqsləri, iran və Təbriz rəqs ansamblının solistlərinin rəqs nümunələri, eləcə də Təbriz ədəbiyyatından şeirlər izləyicilərə təqdim olundu.

Festivala İrandan, Təbrizdən, Ərdəbil və İsfahandan da xeyli sayda qonaqlar təşrif buyurmuşdu. Onlar Azərbaycanı, onun mədəniyyətini, musiqisini çox sevdiklərini və bu ölkənin onlara qardaş ölkə olduqlarını dəfələrlə öz çıxışlarında vurğulayaraq festivaldan xoş təəsuratlarla ayrıldıqlarını dilə gətirdilər.

Sonda hər bir iştirakçı diplomlar və fərmanlarla mükafatlandırıldı.

Qeyd edək ki, festivalın təşkilatçısı “Odlar Yurdu Group”-un bədii rəhbəri Gülxar İbrahimova və Asif Hüseynov olmuşdur.

Ülviyyə Ədalətqızı

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!