Dünya Çempionatı 2018 Seçmə Mərhələ (Avropa zonası) (Cənubi Amerika zonası)

A Qrupu: Fransa – Lüksemburq 0:0 Hollandiya – Bolqarıstan 3:1 Belarus – İsveç 0:4 “Fransa” millisi Munisipal arenada keçirilən qarşılaşmada Lüksemburqun müqavimətini qıra bilməyib 0:0. Belarus – İsveç matçında qonaqlar sevinən tərəf olub 0:4. Hollandiya – Bolqarıstan oyununda meydan sahibləri qələbəni bayram ediblər 3:1.

B Qrupu: Macarıstan – Portuqaliya 0:1 Latviya – İsveçrə 0:3 Farer Adaları – Andorra 1:0

Son Avropa Çempionu “Portuqaliya” yığma komandası Macarıstan səfərindən 3 xalla qayıdıb. 48-ci dəqiqədə Andre Silva’nın vurduğu qol oyunda vurulan yeganə qol olub. Bu qələbə sayəsində “Portuqaliya” millisi xallarının sayını 21-ə yüksəldib. Qrupun lideri “İsveçrə” seçməsi səfərdə Latviya’nın qapısından 3 cavabsız top keçirib. “Farer Adaları” yığması Andorra’dan güclü olub 1:0.

C Qrupu: Almaniya – Norveç 6:0 Azərbaycan – San Marino 5:1 Şimali İrlandiya – Çexiya 2:0 “Almaniya” millisi “Norveç” seçməsini meydana çıxmağa peşman edib. 53814 tamaşaçının Mersedes-Benz Arena’da canlı izlədiyi qarşılaşmada hesab erkən açılıb. 10-cu dəqiqədə Hektor’dan ötürmə alan Mesut Özil hesabı açıb 1:0. Cəmi 7 dəqiqə sonra Draksler fərqi 2 topa çatdırıb. 21-ci dəqiqədə Verner Almanların 3-cü topunu vurub. Fasiləyə 5 dəqiqə qalmış Verner dublunu rəsmiləşdirib 4:0. 50-ci dəqiqədə Draksler’in ötürmə alan Qoretska topu başla qapıdan keçirib 5:0. Qarşılaşmada son nöqtəni meydana sonradan daxil olan Mario Qomes qoyub. 6:0. Millimiz gözlənildiyi kimi “San Marino” ilə qarşılaşmada çətinlik çəkmədən qələbə qazanıb 5:1. “Şimali İrlandiya” öz meydanında Çexiya’dan üstün olub 2:0.

D Qrupu: Avstriya – Gürcüstan 1:1 Moldova – Uels 0:2 İrlandiya – Serbiya 0:1 Moldova – Uels matçında qonaqlar 0:2 hesabı ilə qələbə qazanıb. “Serbiya” çətin “İrlandiya” səfərindən Kolarov’un vurduğu yeganə qol sayəsində 3 xalla qayıdıb. Avstriya – Gürcüstan matçında qalib müəyyən olunmayıb 1:1.

E Qrupu: Ermənistan – Danimarka 1:4 Çernoqoriya – Rumıniya 1:0 Polşa – Qazaxıstan 3:0 Qrup lideri “Polşa” millisi “Qazaxıstan” seçmə komandasından güclü olub 3:0. “Çernoqoriya”1:0 hesabı ilə “Rumıniya” millisinə qalib gəlib. “Ermenistan” millisi Danimarka’ya böyük hesabla məğlub olub 1:4.

F Qrupu: İngiltərə – Slovakiya 2:1 Şotlandiya – Malta 2:0 Sloveniya – Litva 4:0 İngiltərə millisi çətinliklə də olsa Slovakiya’nı məölub etməyi bacardı 2:1. Sloveniya – Litva matçında meydan sahibləri qələbə qazandı 4:0. Şotlandiya – Malta matçı 2:0 hesabı ilə Şotlandlar’ın xeyrinə başa çadı 2:0.

G Qrupu: Makedoniya – Albaniya 1:1 İtaliya – İsrael 1:0 Lixtenşteyn – İspaniya 0:8 Lixtenşteyn – İspaniya matçında gözlənildiyi kimi İspanlar qələbə qazandılar. Görüşdə hesab artıq 3-cü dəqiqə açıldı. David Silva’nın cərimə zərbəsindən ötürdüyü topa hamıdan tez yetişən Serxio Ramos başla topu qapıdan keçirdi 0:1. 15-ci dəqiqədə Morata İnyesta’nın ötürməsindən sonra fərqlənərək fərqlənərək hesabı 0:2 etdi. Cəmi 1 dəqiqə sonra “İtaliya” ilə oyunun qəhrəmanı olan İzko fərqləndi 0:3. Fasiləyə az qalmış David Silva cərimə zərbəsindən baxımlı qola imza atdı 0:4. Oyunun 51-ci dəqiqəsində meydana sonradan daxil olan Aspas fərqləndi 0:5. Üç dəqiqə sonra Morata dublunu rəsmiləşdirdi 0:6. 63-cü dəqiqədə Aspas da oyunda ikinci topunu vurdu 0:7.Matçın bitiminə 1 dəqiqə qalmış Qoppel avtoqol müəllifi oldu 0:8 “İtaliya” millisi İmmobile’nin yeganə qolu sayəsində “İsrael” seçməsinə 1:0 hesabı ilə qalib gəlib. Makedoniya -Albaniya oyunu 1:1 hesabı ilə heç-heçə başa çatıb.

H Qrupu: Yunanısan – Belçika 1:2 Estoniya – Kipr 1:0 Cəbəllütariq – Bosniya və Hersoqovina 0:4 Qrupun mərkəzi matçında Yunanıstan millsi Belçika seçməsini qəbul edib. 1:2 hesabı ilə məğlub olan Yunanlar 3-cü pilləyə enib. Cəbəllütariq yığması Bosniya’ya 0:4 hesabı ilə məğlub olub. Estoniya – Kipr matçının taleyini 1 qol həll edib. Görüşün 90-cı dəqiqəsində Matias Kait’in vurduğu qol Estoniya’ya 3 xal qazandırıb.

İ Qrupu: Türkiyə – Xorvatiya 1:0 İslandiya – Ukrayna 2:0 Kosovo – Finlandiya 0:1 “İslandiya” Siqurdsson’un dublu sayəsində “Ukrayna” yığma komandasına 2:0 hesabı ilə qalib gəlib. “Türkiyə” millisi 1:0 hesabı ilə qrup lideri “Xorvatiya” seçməsinə qalib gəlib. Kosova – Finlandiya maçında qonaqlar qələbə qazanıb 0:1.

Dünya Çempionatı 2018 Seçmə Mərhələ (Cənubi Amerika zonası).

Kolumbiya – Braziliya 1:1 Argentina – Venesuela 1:1 Boliviya – Çili 1:0 Ekvador – Peru 1:2 Paraqvay – Uruqvay 1:2

Kolumbiya – Braziliya matçında hesab görüşün 45-ci dəqiqəsində açılıb. Neymar’dan ötürmə alan Villian fantastik zərbə ilə topu uzaq küncə göndərib 0:1. Hesabda geri düşən “Kolumbiya” millisi ikinci hissədə hücumlarının kəsərini artıraraq 55-ci dəqiqədə istəyinə nail oub. Arias’ın sağ cinahdan etdiyi ötürmədən sonra Falkao başla fərqlənib 1:1. Matçın qalan dəqiqələrində hər iki komandanın qol vurmaq üçün bir neçə şansları olsa da hesab dəyişməyib. Oyun 1:1 hesabı ilə başa çatıb. Argentina – Venesuela qarşılaşması da 1:1 hesabı ilə başa çatıb.

“Ekvador” millisi gözlənilmədən öz meydanında Peru’ya məğlub olub 1:2. “Boliviya” görüşün 59-cu dəqiqəsində Arse’nin vurduğu yeganə qolla “Çili ” millisinə qalib gəlib 1:0.

Paraqvay – Uruqvay matçında qonaqlar sevinən tərəf olub 1:2.

PƏRVİN BAYRAMOV.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: