Dünya Luxury Spa və Restaurant Awards 2017-nin qalibləri bəlli olub-fotolar
Vyetnamda isti, ekzotik bir yay axşamında, günəşin Hanoi şəhərinin həyəcanlı və əyləncəli axşamı üzərində qürub etdiyi məqamda ilin ən həyəcanlı tədbirinə start verilib.
Bu il The World Luxury Spa Awards 2017 tədbiri möhtəşəm JW Marriott Hotel Hanoi-də təşkil olunub. Otel tərəfindən salınmış xalıda 50-dən çox ölkədən təşrif buyurmuş 180-dən çox qonaq lüks, qlamur və parlaq bir üslubda möhtəşəm bir gecəyə dəvət olunmuşlar.
Bu mötəbər tədbirə toplaşan qonaqlar lüks sağlamlıq və gözəl yemək sənayeləri, dəbdəbəli SPA mərkəzləri ilə tanış olmaqla yanaşı, gözəl bəzədilmiş qablarda müxtəlif ölkələrin mətbəxlərinin dadlı təamlarının dadına baxıb, ekzotik şampan bulağından həzz almışlar.
“100.000-dən çox səs bu gecə qaliblərimizi bizə tanıtdı. 100.000 dəfə ictimaiyyət bu dəfəki qalibiyyətin kimə layiq olduğu barədə fikirlərini dilə gətirdi. Bu gecə biz onların əvəzsiz xidmətlərindən istifadə edərək, onların bir hissəsi olan qürurlu brendlərinə uğur gətirdikləri bu gözəl müəssisələrin heyətinə hörmətlə yanaşırıq ” -deyə Marne Lourens, Dünya Lüks Spa Mükafatları üzrə İcraçı direktoru açılışda çıxış edərək bildirib.
Dünyanın müxtəlif yerlərində xidmət sənayesi standartlarına əsaslanan Dünya Luxury Spa Awards və World Luxury Restaurant Awards, illik səsvermə mərhələsində onların müvafiq kateqoriyalarında lüks spa və restoranlara doğru tanınmasını təmin etməkdən qürur duyur. Seçkilərdə səslər qonaqlardan fərqli marketinq kanalları vasitəsilə toplanır, xidmət mükəmməlliyinin həqiqi dəyərini hələ də nümayiş etdirir.
Bu il seçimlər klassik zəriflik toxunuşu ilə unikal dizayn üzərində qurulduğu üçün Inter Continental Danang Sun Yarımadası Resort-da yerləşən Harnn Heritage Spa-a ilin Qlobal Spa-ı mükafatını əldə edib. İlin ən dəbdəbəli və Global restoran tituluna isə Conrad Maldives Rangali Islandda fəaliyyət göstərən İthaa Undersea Restaurantı layiq görülüb.
Seçimlərə əsasən hər ikisi lüks və yüksək xidmət etosunu əhatə edir.
Ülviyyə Ədalətqızı