Dünya Skaut Hərəkatı Təşkilatının yeni üzvlərinə sertifikat və bayraqlar təqdim olunub
Avqustun 16-da 41-ci Dünya Skaut Konfransı çərçivəsində Dünya Skaut Hərəkatı Təşkilatının doqquz yeni üzvü təqdim edilib.
Frame.az xəbər verir ki, Dünya Skaut Komitəsinin sədri Joao Armando Qonsalves və Dünya Skaut Hərəkatı Təşkilatının baş katibi Əhməd əl-Hindavi yeni üzvlərə sertifikat və təşkilatın bayrağını təqdim ediblər.