MaraqlıSəyahət

Dünyanın ən qeyri-adi restoranları (1-ci hissə)

Frame.az sizə dünyanın ən qeyri-adi restoranlarını təqdim edir.

Sualtı restoran “İtha”

Maldiv adalarındakı “Hilton” otelində sizi nahar zamanı akulalar, skatlar və dənizin digər “sakinləri” seyr edəcəklər. Çünki dünyanın ilk tam şüşələnmiş restoranı korall rifində dənizin 5 metr dərinliyində yerləşir. Restoranda cəmi 14 yer var. Restorana taxta döşəmə ilə keçib burma pilləkənlə enmək mümkündür.

14

 

Ağac üstündə restoran

Tobaqonun Spreysayd adasında siz ağacların budaqları arasında nahar edə bilərsiniz. “Jemma’s Sea View Kitchen” restoranından bütün adaya gözəl mənzərə açılır. Burada balıq, omar və cücə sifariş etmək olar.

14

 

Restoran-həbsxana

Almaniyanın Rüdeshaym şəhərindəki keçmiş həbsxanasında yerləşən “Bollesje” restoranına girişdə sizin barmaq izlərinizi götürüb restoranda davranış qaydaları ilə tanış edəcəklər. Daha sonra ziyarətçilərə “oğru kokteyli”ni dadmaq və həbsxana paltarı geyinmək təklif edilir. Bu cür davranış bütün müştərilərə özlərini həbsxana mühitində hiss eləməyə imkan verir.

14
Bacardığın qədər ye

ABŞ-ın “Big Texan Steak Ranch Amarillo” restoranı qonaqları üçün müntəzəm olaraq aksiya keçirir – əgər siz qarnirlə birgə 2-kiloqramlıq steyki (ət tikəsini) bacarıb yeyə bilsəniz, sizdən pul almayacaqlar. Yalnız bir neçələri buna müvəffəq ola bilib. Restoran rəhbərliyi insan orqanizminin bu fizioloji xüsusiyyətini bilir, ona görə də ziyarətçi və müşahidəçiləri cəlb edərək mütəmadi qaydada belə aksiya keçirir.

14
Ən kiçik restoran

Finlandiyadakı “Kuappi Iisalmi” restoranı – dünyanın ən kiçik restoranı sayılır. Burada cəmi bir masa və iki stul var.

14
Restoran-bostan

“De Kas” restoranındakı masalar az qala ləklər arasında yerləşdiriib. Bütün tərəvəz, meyvə, göyərti – ekoloji cəhətdən təmiz ərzaqdır. Ancaq bu vegetarian restoranı deyil. Restoran menyusuna yerli ət və, əlbəttə ki, dəniz məhsularından hazırlanan xörəklər müxtəliflik gətirir. Restoranın daha bir unikal xüsusiyyəti – baş aşpazın masası arxasında şam yeməkləridir: qonaqlar axşam boyu yerli kulinariya ustalarının yaradıcılığını seyr edə bilərlər.

14
Uşaq restoranı

“Kinderkookkafe” Hollandiya paytaxtı Amsterdamın ən qeyri-adi restoranıdır. Sözün əsl mənasında uşaq restoranında böyük ofisiantlar əvəzinə gənc hollandiyalıar nəinki ziyarətçilərə xidmət göstərib hesablarını gətirirlər, hətta böyük aşpazın nəzarəti altında aşpazlıq edib müxtəlif yeməklər hazırlayırlar. Burada verilən yemək, xüsusilə də, desertlər həqiqətən də dadlıdır. Müştərilər də sonda o qədər böyük məmnuniyyətlə çaypulu saxlayırlar ki, bunu başqa heç bir restoranda müşahidə etmək mümkün deyil.

14
Qaranlıqda

“O’Noir Montreal” – “qaranlıq” restorandır. Restoranın interyeri tünd rənglərdə işlənib hazırlanıb. Burada gecəgörmə cihazları ilə təchiz edilmiş ofisiantlar qonaqları qarşılayıb yola salırlar. Restoran ərazisində alışqan, mobil telefon və digər illyuminasiyaya qadağa qoyulub. Birinci buna oxşar restoran 1999-cu ildə Sürixdə açılıb. O vaxtdan bu ideya o qədər məşhurlaşıb ki, indi qaranlıqda dünyanın bir çox ölkəsində – Fransa, Almaniya, İngiltərə, Kanada, ABŞ, Rusiya, Avstraliya, Çin və başqalarında – nahar etmək olar.

14

Ardı var…

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!