Effektiv və az tanınan təbii müalicə metodları
Bəzən hər hansı bir xəstəlik zamanı müalicə üçün evdə olan dərman qutusunda müvafiq dərman olmur. Bu zaman xalq təbabəti və ya digər zamanın sınağından keçmiş metodlardan istifadə etmək mümkündür. Bu məqaləmizdə ev şəraitində müalicə üçün bəzi effektiv üsulları sizinlə paylaşmaq istərdik.
Aspirin. Bu bəlkə də bizim dərman qutumuzda olan ən universal bir vasitədir. Əgər ayaqlarınız yaş olubsa, üşümüsünüzsə və səhər soyuqdəymə ilə oyanmaqdan qorxursunuzsa, axşam yeməyindən sonra iki Aspirin həbi qəbul edin. Bu zaman xəstələnmək riski kifayət qədər azalacaq. Bu vasitənin mütəmadi qəbul edilməsi ürək qan-damar xəstəliklərinin baş vermə riskini azaldır, lakin unutmayaq ki Aspirin eyni zamanda mədənin selikli qişasını da qıcıqlandıra bilər. Buna görə də onu acqarına qəbul etmək olmaz. İçində həll olmuş 3 Aspirin həbi olan isti su vannası ayaqda hiss edilən xoşagəlməz narahatlıq hissini azaldaraq, eyni zamanda dərinizi də yumşaldar.
Aktivləşdirilmiş kömür. Bu vasitədən adətən zəhərlənmə və ya mədə pozğunluqları zamanı istifadə edilir. Lakin çox az adam bilir ki, kömür eyni zamanda infeksiyalar, kimyəvi yanıqlar və həşərat dişləmələri zamanı dəridən zəhərli maddələri çıxarmaqda kömək edir. Sizi hər hansı bir həşərat sancmışsa, aktivləşdirilmiş kömürün qalın hissələrini və kətan toxumlarını qatı pasta alınanadək su ilə qarışdırmaq lazımdır. Sonra tez bir zamanda bu pastanı yara olan nahiyəyə yerləşdirmək, öncə tənziflə bağlamaq, sonra sellofan, üstündən də yun parça ilə (yara ayaqdadırsa yun corab da geyinmək olar) sarımaq lazımdır. Bu kompressi iki saatdan artıq saxlamaq olmaz! Sarğını açdıqdan sonra sancma yerini buz ilə sürtmək lazımdır.
Alma sirkəsi. Bu vasitə demək olar ki hər bir evdə var. O qarın ağrıları zamanı sizə kömək edə bilər. Əlbəttə ki, qarın ağrısı ciddi bir simptomdur və bu halda ən yaxşısı gecikmədən həkimə müraciət etməkdir. lakin belə bir imkan yoxdursa bir xörək qaşığı alma sirkəsini bir qədəh içməli suda qarışdırıb içmək olar. Bu içki maddələr mübadiləsinə kğmək edərək orqanizmi yığılmış toksinlərdən azad edə bilər. İstənilən halda həkimə müraciət etmək daha məqsədəuyğundur.
Əllər üçün maye antiseptiki ev şəraitində əldə etmək olar. Təbii dezinfeksiyaedici maddələrdən biri limon şirəsidir. Onun şirəsini ovuca sıxmaqla əllər nəinki əla qoxacaq, eyni zamanda tərkibindəki yumşaldıcı maddələr sayəsində körpə dərisi kimi yumşaq olacaqlar.
Əgər soyuqdəyməniz varsa, öskürürsünüzsə, boğazınızda və ya qulağınızda ağrı varsa və üstəlik də siz kifayət qədər cəsur bir insansınızsa, o zaman müalicə üçün tomat çayı reseptini hazırlayın. Sizə bunun üçün 2 qədəh tomat şirəsi, 2-3 dişcik xırda doğranmış sarımsaq (istəyinizə uyğun artıra da bilərsiniz), 2 xörək qaşığı limon şirəsi və bir qədər də acı sous lazım olacaq. Bunları qarışıdırıb qazan və ya mikrodalğalı sobada tədricən qızdırmaq (50 dərəcə selsiyə qədər) lazımdır. Buxarla intensiv nəfəs alaraq alınan isti içkini az-az qurtumlarla için. Bu resept sizə çox ekstremal gəlirsə o zaman daha az radikal bir içki hazırlaya bilərsiniz. Bunun üçün yarım litr tomat şirəsinə iki dişcik sarımsaq, iki limon şirəsi, 2 xörək qaşığı bal və bir çimdik istiot qataraq qarışdırıb için.
Nanə yağı həşərat sancmaları zamanı iltihabı aradan qaldırmaqda kömək edə bilər. Baş ağrıları zamanı isə onu gicgahlara sürtmək (bu zaman gözə düşməkdən ehtiyat edin) lazımdır. Nanəli çay mədə pozğunluğu zamanı effektiv bir vasitədir. Frame.az