EkologiyaTəqdimat

Ekologiya və Təbii Sərvətlər Nazirliyi maliyyə və iqtisadiyyat profilli vakant vəzifələrə işə qəbul üzrə müsabiqə elan edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Nazirliyin Aparatı və tabeli qurumlarında maliyyə və iqtisadiyyat profilli vakant vəzifələrə işə qəbul üzrə müsabiqə elan edilib.

Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli Frame.az-a bildirib ki, müsabiqədə müvafiq istiqamət üzrə ali təhsili, iş təcrübəsi olan və vəzifəyə uyğunluğu təsdiq edilən şəxslər iştirak edə bilərlər: “Namizədlər CV-sini 2020-ci ilin dekabrın 1-dən 7-dək info@eco.gov.az e-mail ünvanına təqdim etməlidirlər. Daha ətraflı məlumat almaq istəyənlər nazirliyin internet səhifəsinin (www.eco.gov.az) elanlar bölməsinə müraciət edə və ya (012) 538-84-89, (012) 539 18 10 nömrəli telefonlarla əlaqə saxlaya bilərlər”.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!