Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi teleqram kanalı istifadəyə verilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi teleqram kanalı fəaliyyətə başlayıb.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, “ecogovaz” kanalında ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlərlə bağlı xəbərlər, nazirliyin əsas fəaliyyət istiqamətləri üzrə həyata keçirilən yeniliklər və digər ekoloji məsələlər barədə məlumatlar paylaşılır.

Nazirliyin təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək istəyənlər yeni yaradılmış səhifəyə “https://t.me/ecogovaz” keçidi vasitəsilə abunə ola və nazirliyin gündəlik xəbərlərini əldə edə bilərlər.

Qeyd edək ki, nazirliyin feysbuk, tviter, instaqram və yutub sosial şəbəkələrində rəsmi səhifələri də fəaliyyət göstərir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: