IqtisadiyyatTəqdimatƏn SonƏn Son

Elektromobilinizi qidalandırmaq daha ASAN oldu

“ASAN xidmət” mərkəzlərinin parklama yerlərində “Charge Box” elektrik qidalanma stansiyaları quraşdırılır.

Stansiyalar “İnnovasiyalar Mərkəzi”nin dəstəyi ilə “INNOLAND”in rezidenti “ilab” startapı tərəfindən istehsal olunur.

Elektromobil sahiblərinin işini asanlaşdırmaq məqsədilə istifadəyə verilən “Charge Box” mobil tətbiqi enerji doldurma stansiyalarını axtarmaq, ödənişlər etmək və seansları idarə etmək üçün əsas interfeys rolunu oynayır.
İstifadəçilər ödənişdən əlavə stansiya və ya məntəqədə, yerində nağdsız qaydada ödəniş, tam və saatlıq doldurma kimi seçim imkanları əldə edəcəklər.

“Charge Box” stansiyaları ilkin olaraq Bakı şəhəri üzrə 7 saylı “ASAN” xidmət mərkəzinin, həmçinin Kürdəmir və Quba “ASAN Həyat” komplekslərinin qarşısında quraşdırılıb, digər regional “ASAN xidmət” mərkəzlərində də quraşdırılması nəzərdə tutulur.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!