Estoniya Avstraliyada meşə yanğınlarından zərərçəkənlərə 50 min avro vəsait ayırıb

Estoniya Avstraliyada meşə yanğınlarından zərərçəkənlərə 50 min avro vəsait ayırıb.

Estoniyanın Xarici İşlər naziri Urmas Reynsalu ölkəsinin Avstraliyada genişmiqyaslı yanğınlardan zərərçəkən insanlarla həmrəy olduğunu söyləyib.

Frame.az xəbər verir ki, onun sözlərinə görə Estoniya Xarici İşlər Nazirliyi zərərçəkənlərə yardım üçün Avstraliyadakı Qırmızı Xaç Komitəsinə 50 min avro vəsait köçürəcək.

Nazir deyib ki, bu istiqamətdə mümkün əlavə yardımın göstərilməsi üçün Avstraliya hökuməti ilə əlaqələr qurulub.

“İtirilmiş insan həyatları, dağılmış evlər və yoxolma təhlükəsində olan vəhşi heyvanlar – bütün bunlar çox kədərlidir. Bu çox çətin bir zamanda biz bütün Avstraliya xalqı ilə xəyalən bir yerdəyik və beynəlxalq ictimaiyyəti Avstraliyaya hərtərəfli dəstək verməyə çağırırıq”, – deyə U. Reynsalu əlavə edib.

Qeyd edək ki, yanğınlar səbəbindən vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar, yanvarın 5-dən etibarən Estoniyanın Avstraliyadakı səfirliyinin işi müvəqqəti olaraq Sidneydən idarə olunacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: