EventsSəyahətTurizmTəqdimat

ETIHAD AIRWAYS BAKIYA İLK REYSİNİ AÇIB

“Etihad Airways” aviaşirkəti Əbu-Dabi və Bakını əlaqələndirəcək ilk müntəzəm aviareysini istifadəyə verib.

EY297 saylı inauqurasiya reysi üzrə təyyarə martın 2-də Əbu-Dabidən havaya qalxıb və diplomatlar, fəxri qonaqlar, KİV nümayəndələri və “Etihad Airways”in rəhbərliyi daxil olduğu xüsusi nümayəndə heyətini Bakıya çatdırıb. Bakıda təyyarəni təntənəti su salyutu ilə qarşıladılar ki, öz növbəsində ekipaj təyyarənin kabinasından BƏƏ və Azərbaycan bayraqları ilə qarşılayanları salamlayıb.

“Etihad Airways”in baş icraçı direktoru Piter Baumqartner bildirib: “Biz iki paytaxtı birləşdirəcək yeganə müntəzəm təklif olacaq Əbu-Dabi – Bakı reysini istifadəyə verməkdən çox məmnunuq. Hər iki bazarda birbaşa, tamdəyərli aviareysə yüksək tələbat mövcuddur və biz müştərilərimizin artan tələbatına cavab veririk. Yeni uçuşlar BƏƏ-dən gələcək trafik artımına imkan yaradacaq və iki ölkə arasında əlaqələri möhkəmləndirəcək”.

«Azərbaycan tərəfində BƏƏ vətəndaşları üçün 2015-ci ildən etibarən tətəbiq edilən vizasız rejim bu ölkəyə olan marağı olduqca stimullaşdırıb və ziyarətçilərin sayının sürətlə artmasına səbəb olub”.

Bu yaxınlarda “Etihad Airways” və “Azərbaycan Hava Yoları” (AZAL) kodların birgə istifadəsinə dair sazişin imzalanmasını elan ediblər ki, nəticədə Azal hazırda öz J2 kodunu “Etihad Airways”in Bakı – Əbu-Dabi reysində yerləşdirir.

Tərəfdaşlıq çərçivəsində AZAL-ın müştəriləri kodlar üzrə Əbu-Dabiyə və əks istiqamətdə aviabiletlər bron edib, “Etihad Airways”in geniş qlobal şəbəkəsinə qoşula bilərlər.

“Azərbaycan Hava Yolları” aviaşirkətinin prezidenti Cahangir Əsgərov qeyd edib: “AZAL və “Etihad Airways” mülki aviasiya sahəsində uzun illərdi tərəfdaşlıq edirlər. İki aviaşirkətin birgə reysləri Azərbaycan vətəndaşlarına daha çox səyahət etməsinə, turistlərin sayının artmasına və iş adamları üçü yeni imkanların yaradılmasına səbəb olacaq”.

“Etihad Airways” Səid Məhəmməd Əhmədi Azərbaycanda regional nümayəndəliyinin rəhbəri təyin edib. BƏƏ vətəndaşı olan Səid Məhəmməd Əhməd təcrübəli aviasiya peşəkarıdır. O, Azərbaycana təyin olunanadək mənzil-qərargahı Çikaqo şəhərində yerləşən ABŞ aviaşirkətinin biznes inkişafı üzrə meneceri vəzifəsini tutub. Yeni vəzifədə isə o, yeni marşrutun strateji və kommersiya uğuruna və Azərbaycanın aparıcı şirkətləri və turizm biznesi ilə işgüzar münasibətlərin inkişafına cavab verəcək.

Reys başa çatdıqdan sonra Bakıda “Four Seasons” hotelində yerli hakimiyyət orqanlarının və biznes qurumlarının nümayəndələrinin, kütləvi informasiya vasitələrinin və Azərbaycanın turizm sənayesinin iştirakı ilə təntənəli şam yeməyi keçirilib. Azərbaycan rəqs qrupunun ənənəvi çıxışları və udda ifa edən ərəb musiqiçisi gecənin bəzəyi olub. Bundan başqa, şam yeməyində iştirak edən xəttat sayəsində qonaqlar öz əllərində tədbir haqqında unudulmaz xatirələrə sahib oldu.

Yeni reys 136-nəfərlik (16 yer biznes sinifdə, 120 yer ekonom sinifdə) “Airbus A320” təyyarəsi ilə həftədə üç dəfə yerinə yetiriləcək. Aviaşirkətin qlobal şəbəkəsi çərçivəsində çərşənbə, cümə və şənbə günlərinin uşuş cədvəli təyyarələri rahat dəyişməyə imkan yaradır. Reyslər həftəboyu elə bölüşdürülüb ki, müştərilərin bazar gününü, ölkədə qısamüddətli qalmasını və ya işgüzar səyahətin müxtəlif keçirmə variantlarını təmin etsinlər.

Cədvəl

 

Reys Məntəqə Uçuş İstiqamət Çatma Uçuş günləri Təyyarə
EY297 Əbu-Dabi 10:10 Bakı 13:15 Çərşənbə, Cümə, Şənbə A320
EY298 Bakı 16:30 Əbu-Dabi 19:25 Çərşənbə, Cümə, Şənbə A320

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!