AirnewsIqtisadiyyatTurizmTəhsilTəqdimat

Türkiyədə təhsil alan tələbələr AZAL-ın güzəştli tariflərindən yararlanacaqlar

Azərbaycanın milli aviadaşıyıcısı Türkiyədə ali təhsil alan Azərbaycan vətəndaşları üçün xüsusi güzəştli tariflər təklif edir. Tələbələr üçün endirimlər aviaşirkətin Bakıdan Türkiyə şəhərlərinə və əks istiqamətə yerinə yetirilən reyslərinə şamil olunur.

Endirimli aviabiletlərin bronlaşdırılması üçün aviaşirkətin çağrı mərkəzinə (callcenter@azal.az) müraciət etmək lazımdır. Güzəştli aviabiletlərin rəsmiləşdirilməsi üçün yaşayış icazəsini təqdim etmək zəruridir.

Aviabiletlərin bronlaşdırılması planlaşdırılan gediş tarixindən ən gec 14 gün əvvəl həyata keçirilməlidir. Tələbələrə səyahətlərini əvvəlcədən planlaşdırmaq və qeyd edilmiş vaxt ərzində biletləri bron etmək tövsiyə olunur.

Tələbələr bu təklifdən ildə iki dəfə yararlana bilərlər ki, bu da təhsil müddətində səyahət xərclərini əhəmiyyətli dərəcədə azaltmaq imkanı verəcək.

Qeyd edək ki, yaxın gələcəkdə “Azərbaycan Hava Yolları” digər xarici ölkələrdə təhsil alan tələbələr üçün də xüsusi endirimli tariflər tətbiq etməyi planlaşdırır.

Əlavə suallar yarandığı təqdirdə callcenter@azal.az elektron ünvanına və ya +994 (55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət etmək olar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!