Təqdimat

Exceldə Biznes Modelləşdirmə təliminə start verildi

SEFCO COnsulting Group artiq üçüncü dəfə Exceldə Biznes Modelləşdirmə təliminə start verir.

Layihənin adı: “EXCEL”DƏ BİZNES MODELLƏŞDİRMƏ”
Layihənin önəmi:
-Excel proqramı vasitəsilə biznes fəaliyyəti üçün işlək və oxunaqlı cədvəl və qrafiklər hazırlamaq
-qarışıq və dinamik məlumatları təhlil etmək,
-gündəlik işi asanlaşdıran hesablama düsturlarından və qısayollardan istifadə etmək
-biznes layihələrin müəyyən dövr üzrə modelini qurmaq
-biznes fəaliyyətinin yekunlarını qiymətləndirmək
-layihə üzrə satışları və maliyyə axınlarını planlaşdırmaq

Təlim proqramı:
1-ci modul: “Excel” proqramında məlumatların emalı (4 saat) *
– Excel fayllarının yaradılması, onlara dəyişikliklərin edilməsi və saxlanılması;
– Müxtəlif formatlarda verilən məlumatların emal üçün hazır vəziyyətə gətirilməsi, formatların düzəldilməsi;
– Verilənlər əsasında oxunaqlı və praktik cədvəllərin hazırlanması;
– Əsas hesablama düstürlarından istifadə edilməsi;
– Ən çox işlənən qısayollardan istifadə edilməsi;
– Cədvəllər əsasında qrafiklərin hazırlanması;
– Müxtəlif təhlil alətlərindən istifadə edilməsi.
2-ci modul: “Excel” proqramında biznesin modelləşdirilməsi (4saat) **
– Modelləşdirmənin əsas şərtləri
– Modelin skeletinin hazırlanması
– Müxtəlif biznes proseslərin modelə daxil edilməsi
– Model daxilində müxtəlif məlumatların və hesablamaların inteqrasiyası
– Qiymətləndirmə indikatorlarının daxil edilməsi
– Müxtəlif biznes ssenarilərin hazırlanması
– Biznesin yekunlarının vizuallaşdırılması
Qiymətləndirmə və Sertifikasiya: İştirakçılar təlimdə paylaşılan bacarıqları mənimsəməyinə və verilən sərbəst praktiki tapşırıqların nəticəsinə görə qiymətləndirilir və müvafiq sertifikatlarla təmin edilir.

Təlimçi: Anar Qasımov, CFM. 2004-cü ildən etibarən bank, telekommunikasiya, kosmik peyklər və digər sektorlarda müxtəlif aparıcı vəzifələrdə çalışmışdır. “Maliyyə” ixtisası üzrə bakalavr (ADİU), “Bank işi” ixtisası üzrə magistr (T.C. Marmara Üniversitesi) dərəcəsi vardır. 2014-cü ildə “Excel və VBA vasitəsilə qabaqcıl maliyyə modelləşdirilməsi” üzrə beynəlxalq Sertifikatlaşdırılmış Maliyyə Modelyeri (CFM) sertifikatını qazanmışdır. Hazırda öz peşəkar fəaliyyətilə yanaşı müxtəlif təlimlər keçirir.
Təlimdə iştirak haqqı: 39 AZN
Təlimin müddəti: 8 saat (iki gün)
Təlimin tarixi: 29-30 aprel  2017
Təlimin dili : Azərbaycan dili
Qeydiyyat və əlavə məlumat üçün:
+( 994)12 408 76 01
office@sefco.net

https://www.facebook.com/sefco.consulting

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!