MusiqiTəqdimat

“Excelsior Hotel & Spa Baku” otelində “Musiqi Bayramı -2” tədbiri keçirildi

29  iyun 2017-ci il tarixində  “Excelsior Hotel & Spa  Baku”  otelində “Musiqi Bayramı-2” tədbiri  keçirildi. Musiqi konsertində “Excelsior Hotel & Spa Baku” otelinin HR meneceri Kamran Rzayev, uzun müddət “AtaTravel”  MMC-nin əməkdaşı  olan Araz Hümbətli və otelin stajoru Rəşid Əliyev Azərbaycan və xarici dillərdə mahnılar ifa etdilər.

Qonaqlar  böyük həvəslə  tədbirdə səslənən “Sənə də qalmaz”, “Love Story”, “Better Together”, “So Beautiful”, “Hotel California”, “How deep is your Love”  və bir çox nəsillər tərəfindən sevilən populyar kompozisiyaları dinlədilər. Tamaşaçılar ifaçıları dəfələrlə bir daha səhnəyə dəvət etdilər və onlara gül dəstələri təqdim etdilər.

“AtaHolding” Korporativ kommunikasiyalar şöbəsinin rəisi  Dilara Zamanova qeyd etdi ki, tədbir holdinqin daxili kommunikasiya planına uyğun olaraq keçirildi.  İkinci dəfə keçirilən “Musiqi  bayramı”  əvvəlki  tədbirdə olduğu kimi mahnıların canlı ifası atmosferində böyük uğurla keçdi”.

“Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!