CinemaEventsTəqdimatTəqdimatƏyləncə

EYLÜL TUMBAR VƏ YİĞİT KOÇAK İLK DƏFƏ AZƏRBAYCANDA! BÖYÜK QALA GECƏSİ!

Ötən gün ilk dəfə Türkiyədən Azərbaycana gəlmiş ulduzlar Eylül Tumbar və Yiğit Koçak fanatları ilə görüşmək və “Bir Ömrün Sonbaharı” adlı yeni filmlərini təqdim etmək üçün Park Cinema Flame Towers filialında möhtəşəm Qala Gecəsində iştirak ediblər.

İzdihamlı maraq və böyük sevgi ilə qarşılanan aktyorlar qırmızı xalıdan keçərək fanatları ilə görüşüb, TV kanallara müsahibələrini verdilər.

Daha sonra isə, onlar tamaşaçılar ilə birlikdə filmi ilk dəfə ölkənin ən böyük ekranı IMAX-da izlədilər. Film yekunlaşdıqdan sonra aktyorlar zalın içində qucaqlaşaraq, göz yaşlarına hakim ola bilmədilər.

“Bir Ömrün Sonbaharı” filmini bu gündən etibarən eksklüziv olaraq yalnız Park Cinemada izləyə bilərsiniz.

Biletlər:

https://parkcinema.az/movies/view/14727/bir-omrun-sonbahari

 

 

 

 

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!