IdmanTəqdimatTəqdimat

Fərid Qayıbov iyul ayı ərzində ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb

Avqustun 3-də gənclər və idman naziri Fərid Qayıbov iyul ayı ərzində ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb.

 

Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ötən ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.

 

Ardınca nazir Fərid Qayıbov idmançıları yüksək göstəriciləri münasibətilə təbrik edib və onlara gələcək yarışlarda müvəffəqiyyət arzulayıb.

 

Görüş zamanı müxtəlif idman növləri üzrə idmançılar iştirak etdikləri beynəlxalq yarışlar və əldə etdikləri medallar barədə ətraflı məlumat veriblər.

 

Sonda nazir Fərid Qayıbov idmançılara göstərdikləri yüksək nəticələrə görə təşəkkür edib, qarşıdakı yarışlarda hər birinə yeni qələbələr arzulayıb.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!