F1 Braziliyada maraqlı təkrar startdan sonra qaydaları dəyişməyi təklif edib

Formula 1-in idman direktoru Ross Braun qaydaları elə dəyişməyi təklif edib ki, Braziliya Qran-Prisində baş vermiş maraqlı təkrar startlar mümkün qədər tez-tez baş versin.

Frame.az xəbər verir ki, 2019-cu il mövsümündə pilotlara təkrar start zamanı bir-birini yalnız yeni dairənin başlanmasından sonra ötməyə icazə verilməsinə dair yeni qayda tətbiq olunub. Əvvəllər bunu pit-leynə girişdən öncə yerləşən təhlükəsizlik maşını adlanan xətti keçdikdən sonra etmək mümkün idi.

Braziliyada lider mövqeyində olan “Red Bull” komandasının pilotu Maks Ferstappen təkrar startda son döngədən çıxışda sürət götürmək yerinə pelotonu saxlayıb. Onun bu hərəkəti təkrar startda birdən-birə bir neçə yürüşçünün iştirakı ilə maraqlı mübarizəyə səbəb olub.

Formula 1-in mətbuat xidməti Braunun bununla bağlı sözlərini sitat gətirib: “Bu, çox maraqlı təkrar start oldu və biz hər şeyi diqqətlə təhlil edirik. Pelotonda təkrar start zamanı kiçik ayrılmalar maraqlı bir mənzərə yaratdı, pilotlar mütəmadi olaraq bir-biri ilə mövqe mübadiləsi aparırdı. Azacıq üstünlük hər şeyi həll edə bilərdi.

Bu cür şəraitlərin təfərrüatı ilə canlandırılması gələcək üçün maraqlı konsepsiyaya çevrilə bilər və onu mütləq nəzərdən keçirəcəyik”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: