CinemaSəyahətTəqdimat

Faiq Babanlı ilə “CinemaPlus”da vəhşi təbiət

Avqustun 30-da premium kinoteatr “CinemaPlus Azerbaijan”da keçmiş idmançı, qaydasız döyüş üzrə Respublika və beynəlxalq turnirlərin qalibi, məhşur ovçu – Faiq Babanlının iştirakı ilə “Peru” sənədli filminin premyera öncəsi nümayişi keçirilmişdir.

Kinoteatrın foyesi xüsusi üslubda bəzədilmişdir: heyvanların müqəvvaları qonaq və tamaşaçılara özlərini vəhşi təbiətdə hiss etməyə şərait yaradıb.

Sənədli filmin nümayişindən öncə baş qəhrəman Faiq Babanlı qonaqları salamlayaraq və xoş seyr arzulamışdır.

Faiq Babanlı dünyanın 73 ölkəsində olub. O, Afrikada, Amazon cəngərliklərində, Yeni Zelandiyada, Avstraliyada, Alyaskada, Qrenlandiyada, Kolumbiyada, Kamçatkada ov edib. Həmçinin o, Pamir, Tyan-Şan, Himalay, Pireney sıra-dağları kimi dünyanın ucqar yerlərində olmuşdur və öz kolleksiyasını artırmaqda davam edir.

Bu film Peruya ən təhlükəli və çətin səfərdən bəhs edir. Oradan hətta qayıtmamaq təhlükəsi də var idi. Ov qanununa görə cəngərliklərdə əgər yağış yağırsa və göydə ay görsənirsə demək heyvanlar gizlənəcəklər. Faiq Babanlı filmin rejissoru Asif İlyasov ilə məcbur olaraq cəngərliklərin tropik yağışlı meşələrində maçete ilə özlərinə yol açaraq keçilməz dərinliklərə daxil olurdular.O faktı da diqqətdən qaçırmamaq lazımdır ki, bütün Cənubi Amerika ölkələrindən ən çox zəhərli ilanlar məhz Peruda yaşayır.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etməyə və kino dünyasının ən yaxşı premyeraları ilə Sizi sevindirməyə hazırdır.

Frame.az

http://https://www.youtube.com/watch?v=_GdhHTeKTn4

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!