Mirvarini hansı geyimlərlə kombin etmək olar?
Bu gün sizə bəhs edəcəyim mövzu sizi yaşlı göstərəcək aksesuar, geyim növləri barədə olacaq.
⠀
10 Hissədən ibarət mövzumuzu bölərək, hər gün birinə həsr edəcəm.
⠀
Həmçinin bu əşyaları günümüzə uyğun və yaşınıza uyğun necə istifadə etmək olar bu barədə də sizə kiçik təkliflərim olacaq 🤩
⠀
Xırda bir məqamı vurğulamaq istəyirəm əgər siz olduğunuzdan daha yaşlı görünmək istəyirsinizsə, çünki elə vəzifələr var ki, orada daha müdrik görünmək gərəklidir: Həkim, hüquqşünas, mühasibatçı və.s işləri ilə məşğul olanlar sadalayacağım 10 əşyadan rahatlıqla istifadə edə bilərlər (iş həyatlarında)
⠀
O zaman gəlin, başlayaq. Bu günümüzün mövzusu “Mirvari” 🐚 olacaq.
⠀
Əgər “Mirvari”lər klassik, iri, eyni ölçüdə, müxtəlif detallarla (daş-qaşlarla) bəzənibsə o zaman bu aksesuarlar sizi olduğunuzdan yaşlı göstərmək iqtidarına malikdir 🤷🏻♀️
⠀
Əgər hal-hazırda “Mirvari” aksesuar almaq fikriniz varsa, o zaman işlənməmiş mirvarilərə üz tuta bilərsiniz
⠀
Nece kombin etmək olmaz ❌
İş geyimləri ilə, qələm ətək və ağ köynək, klassik şalvar və pencək, atlas köynəklərlə, tək halda taxmaq + 10 yaş gətirəcək ❌
⠀
Necə kombin etmək olar ✅
Taxacağınız mirvarini qızılı medalyon və ya bir neçə qızılı və ya gümüşü seplərlə kombin ede bilərsiniz.
Nigar Axundzadə
Frame.az