EventsIqtisadiyyatMobil dünyaTəqdimat

“Fintech Innovation Hub” Türkiyə və Azərbaycanın ekosistemlərini bir araya gətirəcək

Bakıda “Fintech Innovation Hub” – “FTIHUB” təşkilatı tərəfindən Türkiyə və Azərbaycan Fintech Forumu təşkil olunacaq.

Qardaş ölkənin fintech ekosistemi ilə ölkəmizin ekosistemini bir araya gətirəcək forum sentyabrın 6-da Bakıda keçiriləcək.

Azərbaycanın maliyyə texnologiyaları sənayesinin aparıcı şirkətlərinin iştirak edəcəyi Forumda gələcəyin rəqəmsal maliyyə dünyasına işıq salınacaq. Bundan əlavə, “FTIHUB” tərəfindən təşkil olunacaq Fintech Forumunda Azərbaycan Maliyyə Texnologiyaları Assosiasiyası və Türkiyə Ödəniş və Elektron Pul Qurumları Assosiasiyası yüksək səviyyədə iştirak edəcək.

Həmçinin hər iki ölkənin tanınmış fintech şirkətləri və bankları da Forumda yer alacaq. Ümumiyyətlə, bu tədbir iki ölkənin ekosistemləri arasında yeni imkanlar açacaq. Tədbirdə rəqəmsal ödəniş sistemlərindən maliyyə təhlükəsizliyinə, süni intellektdən blokçeyn texnologiyalarına qədər bir çox mövzular əhatə olunacaq.

Tədbirin təşkilatçısı, “Fintech Innovation Hub” – “FTIHUB”-un qurucusu Kutay Yalınkılınç regionun iki güclü oyunçusu olan Türkiyə və Azərbaycanın maliyyə texnologiyaları sahəsində ən son inkişafları və yenilikləri bölüşmək üçün bu tədbiri təşkil etdiklərini bildirib. O, əməkdaşlıq şəbəkəsi yaratmağı və rəqəmsal maliyyə dünyasının gələcəyini formalaşdıracaq imkanların kəşfini təmin etməyi səbirsizliklə gözlədiklərini bildirib.

K.Yalınkılınç qeyd edib ki, tədbirdə iştirakçıların sayı 150 nəfərlə məhdudlaşdırıldığı üçün iştirak etmək istəyənlər ən qısa zamanda qeydiyyat keçməlidirlər.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!