FestivallarTəqdimat

Fiziki imkanları məhdud uşaqlar “Azərbaycan animasiyası” kitabı layihəsini dəstəklədilər

ANIMA.AZ Bilgəh qəsəbəsində yerləşən 11 №-li İnteqrasiya Təlimli İnternat Məktəbində məktəbin direktoru Gülnarə xanım Abdullayevanın və rejissor-animator Elçin Hami Axundovun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə yaradılmış “QURAMA” Uşaq Animasiya Studiyasını ziyarət etdi.

“QURAMA” Studiyasında E.H.Axundov və onun assistenti Kəbirə xanım Həşimovauşaqlara hərəkət qanunlarını, ssenari ustalığını, raskadrovka çəkmək bacarığını, montaj və animasiyanın digər sirlərini öyrədirlər. Bu günə qədər studiyada 20-dən artıq film çəkilib, onlardan bəziləri Praqada animasiya sərgisində və Bakıda animasiya mütəxəssislərinin konfransında nümayiş etdirilib.

Balaca animasiyaçılar və internet-məktəbin direktoru Gülnarə Abdullayeva həmçinin “Azərbaycan animasiyası” kitabı layihəsi ilə tanış oldular, kitabın nəşrinə müəyyən dəstək göstərmək niyyətini bildirməklə, fonda 60 manat məbləğində maliyyə vəsaiti köçürdülər.

Xatırladaq ki, Azərbaycanda animasiya sənətinin tarixindən bəhs edən kitabın nəşri üçün vəsait toplanması 15 sentyabr 2018-ci il tarixinədək davam edir. Hazırda 100-ə qədər insan kitaba maddi dəstək göstərmişlər, onların içində heykəltaraş Teymur Rüstəmov, rejissor Şamil Nəcəfzadə, prodüser İradə Bağırzadə, yazıçı Sevinc Elsevər, musiqi ilə terapiya üzrə mütəxəssis Züleyxa Abdullayeva, rejissor Firəngiz Qurbanova və digər tanınmış mədəniyyət xadimləri var.

“Azərbaycan animasiyası” kitabının təqdimatı ANİMAFİLM Birinci Bakı Beynəlxalq Animasiya Festivalında keçiriləcək, satışına isə 2018-ci ilin oktyabrından başlanılacaq.

ANİMA.AZ

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!