IqtisadiyyatSağlamlıqSosialTəqdimat

“For Azerbaijan” Beynəlxalq təşkilatı Azərbaycanda daha bir yeniliyə imza atıb

Dünyanın müxtəlif ölkələrində uğurlu karyera qurmuş azərbaycanlılar tərəfindən təsis edilmiş və Azərbaycanda  qeydiyyatdan keçmiş “For Azerbaijan” Beynəlxalq təşkilatının Paşa Sığorta ilə birgə həyata keçirdiyi “Azərbaycanda Psixoloji Reabilitasiya İmkanlarının Artırılması” (APRİA) layihəsinin Peşəkar təcrübənin artırılması komponenti üzrə təlim və sertifikatlaşma prosessləri uğurla tamamlanıb.  

Layihə yeni reabilitasiya metodlarının tətbiqi ilə Azərbaycanda psixoloji reabilitasiya proseslərinin gücləndirilməsinə dəstək vermək, eyni zamanda emosional və psixoloji travmaya məruz qalmış insanların psixi sağlamlıqlarının reabilitasiyası istiqamətində daha effektli inkişafa nail olmaq üçün dünyada aparıcı müalicə metodları və protokolları ilə çalışa biləcək yerli kadr potensialının artırılmasına yönəlib.  

Layihə çərçivəsində Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Dövlət Tibbi Sosial Ekspertiza Reabilitasiya Agentliyi, Sosial Xidmətlər Agentliyinın nəzdində respublikamızın müxtəlif bölgələrində fəaliyyəliyyət göstərən tibb müəssisələrinin 40 yerli psixoloq 7 ay müddətində ABŞ-da Post Travmatik Stress Pozuntusunun müalicəsində geniş istifadə olunan “Koqnitiv İşlənmə Terapiyası” və “Yazılı Ekspozisiya Terapiyası” kimi 2 mühüm müalicə metodunun tam təlim və superviziya kursunu bitirərək Azərbaycanda ilk dəfə olaraq beynəlxalq sertifikatlara layiq görülüblər. Azərbaycanlı mütəxəsisslər barədə məlumatlar dünyada bu sahədə lisenziya almış psixoloqların da daxil olduğu https://cptforptsd.com/cpt-provider-roster/ rəsmi portalında ictimailəşdirilib.
Növbəti mərhələdə təlimlərdə fərqlənmiş 2 psixoloq amerikalı mütəxəsislər tərəfindən seçilərək beynəlxalq səviyyəli təlimçi qismində hazırlanacaq. 

Qeyd edək ki, təlimlər çərçivəsində Koqnitiv İşlənmə Terapiyasının yaradıcısı, Virginia, Cincinnati Tibb Mərkəzindəki travma Bərpa Mərkəzinin direktoru Kathleen M. Chard, Cohen müharibə veteranlarş şəbəkəsinin baş direktoru Stephanie Renno, PTSP Milli Mərkəzin direktor müaviniv Denise M. Sloan və digər dünya şöhrətli mütəxəsisslərin həftəlik superviziyaları təşkil olunub.  

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!