Baku City CircuitFormula 1Idman

“Force India”nın yeni bolidi göy-çəhrayı rənglərdə olacaq

Formula 1 çempionatının 2019-cu il mövsümündə “Force India” bolidinin rəngləri barədə şayiələr dolaşır.

Frame.az xəbər verir ki, daha əvvəl “Force India” Keniyanın “SportPesa” bukmeker şirkəti ilə sponsor müqaviləsi imzalayıb. Gözlənildiyinə görə, “SportPesa” əməkdaşlığın birinci ilində “Force India”ya 8 milyon dollar, 2020-ci ildə 10 milyon dollar və əgər 2021-ci ildə bir yerdə işləsələr, 12 milyon dollar ödəyəcək.

“Force India”nın indiki baş sponsoru – BWT-nin aqibəti məlum deyil. BWT ilə müqaviləyə görə Formula 1 komandasının bolidinin rəngi çəhrayı olmalı idi.

“Sport Business”dən bildiriblər ki, onun mənbəyinin verdiyi məlumata görə, “Force India”nın bolidi göy-çəhrayı rənglərdə olacaq. Əgər bu informasiya gerçəkdirsə, deməli, “Force India” BWT ilə işləməyə davam edir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!