Baku City CircuitFormula 1IdmanTəqdimat

Formula 1-də uik-endlə bağlı yeni format razılaşdırılıb

Formula 1 çempionatının komandaları idman reqlamentinə sprinter yürüşlərinin uik-endlərinə dair dəyişiklikləri razılaşdırıblar. “Ferrari”nin zavod kollektivinin başçısı Frederik Vasser bildirib ki, yeni format dünya çempionatının bütün iştirakçılarının yekdil qərarı ilə təsdiqlənib.

Frederik Vasser bu barədə “Reuters” agentliyinə müsahibəsində deyib: “Nadir haldır ki, bütün komandalar həmrəydirlər, buna görə də biz fürsəti əldən verə bilməzdik. Yeni format xoşuma gəlir. Mən ikinci məşqlə adi uik-endin o qədər də pərəstişkarı deyiləm, bəzi hallarda bu, darıxdırıcı olur. Daha dinamik olanı sınamaq yaxşı qərardır. Əgər siz futbola baxırsınızsa, siz çərşənbə günü, komandaların stadionda məşqlərini izləmirsiniz. Formula 1 isə ehtimal ki, idmanın yeganə növüdür ki, məşq televiziya vasitəsilə yayımlanır”.

Yeni qaydalara görə, sprinter yürüşlərinin olduğu mərhələlərdə – Azərbaycan, Avstriya, Belçika, Qətər, Ostin və Braziliyada uik-endlərdə yalnız cümə günü bir məşq olacaq, onun ardınca bazar günü yürüşü üçün cümə təsnifatı keçiriləcək. Daha sonra sprint üçün bir şənbə təsnifatı təşkil olunacaq, onun ardınca əvvəlki kimi xal hesablanır, lakin bu yürüş bilavasitə Qran-Pri ilə daha heç cür bağlı olmayacaq.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!