Baku City CircuitFormula 1Idman

Formula 1 pilotları Hemiltonu 2018-ci ilin ən yaxşı yürüşçüsü seçiblər

Formula 1 pilotları arasında ötən mövsümün ən yaxşı yürüşçüsünü müəyyən etmək üçün səsvermə keçirilib. Sorğuya cəlb olunanlar özünə də səs vermək imkanı əldə ediblər, yekun siyahı isə gizli saxlanılıb. Hər bir pilot 10 yürüşçü arasında reytinq seçimi etməli olub. Xallar Qran-Pridə balların hesablanması sisteminə uyğun şəkildə toplanıb.

Frame.az Formula 1-in rəsmi saytına istinadla xəbər verir ki, səsvermənin nəticələrinə görə, Formula 1 pilotları Hemiltonu 2018-ci il mövsümünün ən yaxşı yürüşçüsü seçiblər.

Xatırladaq ki, britaniyalı bu mövsümdə beşqat dünya çempionu olub. İkinci yeri “Red Bull” pilotu Maks Ferstappen, üçüncü pilləni isə ispaniyalı Fernando Alonso tutublar.

Sonrakı yerlərdə Sebastyan Fettel, Daniel Rikkardo, Şarl Lekler, Pyer Qasli, Niko Hülkenberq, Kimi Raykkonen və Serxio Peres qərarlaşıblar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!