Formula 1: “Red Bull Racing” cari mövsümdə ardıcıl qələbə dubluna imza atıb
Formula 1 Səudiyyə Ərəbistanı Qran-Prisinin qalibi müəyyənləşib.
Ciddə şəhərində təşkil olunan mövsümün ikinci yarışında “Red Bull Racing” komandasının pilotu Serxio Peres birinci olub. S.Peresin komanda yoldaşı Maks Ferstappen Səudiyyə Ərəbistanı Qran-Prisini ikinci, “Mercedes”in pilotu Corc Ressel üçüncü pillədə başa vurublar.
“Red Bull Racing” cari mövsümdə ardıcıl qələbə dubluna imza atıb. S.Peres karyerasında beşinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Növbəti yarış martın 31-dən aprelin 2-dək Avstraliyada keçiriləcək.
Qeyd edək ki, bu mövsüm Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında təşkil olunacaq.