Formula 1 yarışları ilə bağlı media akkreditasiya seminarı keçirilib
Formula 1 yarışları ilə bağlı media nümayəndələrinin iştirakı ilə media akkreditasiya seminarı keçirilib.
Tədbirin əvvəlində seminar haqqında qısa məlumat verilib.
Sonra Formula 1 üzrə 2023-cü il yarış təqvimi nümayiş olunub.
Diqqətə çatdırılıb ki, bu il üçün 24 yarış nəzərdə tutulub. Formula 1 üzrə Çin Qran-Prisi ləğv olunduğu üçün hazırda təqvimdə 23 yarış yer alır.
Formula 1 Azərbaycan Qran-Prisi ilk dəfə sprint yarışlarına da ev sahibliyi edəcək.
Aprelin 28-30-da keçiriləcək Bakı Qran-Prisinin final mərhələsi sprint yarışlarına əsasən təyin olunacaq.
Media akkreditasiya prosesi barədə isə media məsələləri üzrə koordinator Esmira Məmmədova məlumat verib.
Fevralın 1-dən başlayacaq qeydiyyat prosesi martın 10-dək davam edəcək.
Müraciət üçün www.bakucity. circuit.com saytından istifadə etmək mümkündür.
Daha sonra qeydiyyat prosesi mərhələli şəkildə media nümayəndələrinə izah olunub.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.