Baku City CircuitFormula 1Idman

“Formula W Series” debüt yarışlarının qalibi Formula 1-ə keçmək istəyini etiraf edib

“Formula W Series” – tarixdə ilk qadın yürüşlərinin 20 yaşlı britaniyalı qalibi Ceymi Çedvik təəssüratları ilə bölüşərək, Formula 1 çempionatına keçmək planları barədə danışıb.

Frame.az xəbər verir ki, “The Telegraph” Çedvikin bu sözlərini sitat gətirir: “Pilot üçün əsas məqsəd qələbədir, lakin avtomobil idmanında olan insan və qadın üçün bu, ağlasığmayan nailiyyətdir. Formula 1-ə keçidə gəldikdə isə, mənim fikrimcə, “W Series”da qalib olaramsa bu, baş verə bilər. Vəziyyət göründüyü kimi deyil. Lakin “W Series” yarışlarının əsas üstünlüyü 2020-ci ildə Formula 3, ola bilər ki, bundan da sonra Formula 2 yarışlarına bir addım irəli getmək fürsətidir. Əgər qadın pilot bu seriyalarda rəqabətqabiliyyətlidirsə, o zaman Formula 1-ə keçid tamamilə təbii haldır.

Formula 1-ə keçid üçün maliyyə bazası zəruridir. Lakin əsas odur ki, “Formula W Series” mənim əsas hədəfimə – Formula 1-ə doğru irəliləməyə şərait yaradır”.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!