Heydər Əliyev Sarayında “Qurtuluş Günü”nə həsr olunmuş bayram konserti keçiriləcək
İyunun 13-də Heydər Əliyev Sarayında “Qurtuluş Günü”nə həsr olunmuş bayram konserti keçiriləcək.
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”” adlı konsert proqramında Respublikamızın sevilən və tanınmış sənətkarları Xalq artistləri Flora Kərimova, Mübariz Tağıyev, Aftandil İsrafilov, Faiq Ağayev, Könül Xasıyeva, Əməkdar artistlər Cabir Abdullayev, Bəsti Sevdiyeva, Nuriyyə Hüseynova, Almaz Orucova, Səlim Abbasov, Elza Seyidcahan, tanınmış müğənnilər Nazim Faytonçu, Nərmin Kərimbəyova, Pərviz Bülbülə -Türkan Vəlizadə, Niyam Salami, Aygün İskəndərli, Anara Məmmədova, İlkin Fuad, Elxan Qaraxanoğlu, Murad Sadıx, Aygün Ağayeva, Samirə Əfəndi, Aşıq Namiq Fərhadoğlu və Azərbaycan Dövlət Rəqs Ansamblı iştirak edəcəklər.
Konsertin aparıcısı Elcan Rəsulovdu.
Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manat təşkil edir.
Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından,www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardanəldə edə bilərsiniz.
Frame.az