Multidissiplinar Elmi Forum (MEF 2019) keçiriləcək
Azərbaycan Elm Assosiasiyası 2019-cu ilin 13 və 14 aprel tarixlərində sayca 2-ci olan Multidissiplinar Elmi Forum (MEF 2019) təşkil edəcək.
Forum həm dəqiq, həm də humanitar elm sahələrini əhatə edəcək.
13 aprel – 6 təqdimat.
14 aprel – 6 təqdimat.
İştirakçılara sertifikatlar veriləcək.
Saat 10:30-dan 10:45-ə qədər girişdə yoxlama qeydiyyatı aparılacaq.
Sertifikat almaq üçün yoxlama qeydiyyatında iştirakınızı təsdiq etməyiniz mütləqdir.
Sertifikatlar tədbirin sonunda veriləcək. Giriş üçün bir günlük biletin qiyməti tələbələr üçün 12 AZN, qeyri-tələbələr üçün isə 18 AZN təşkil edir.
Biletləri MilliÖn ödəmə nöqtələrindən əldə edə bilərsiniz.
Biletlərin son satiş tarixi: 6 aprel, saat 14:00.
Tələbələr tədbir keçirilən gün girişdə tələbə biletini təqdim etməlidirlər.
Yerlər məhdud olduğundan yalnız qeydiyyatdan keçən şəxslər içəri buraxılacaq.
Tədbir müddətində nahar fasiləsi və coffee break nəzərdə tutulub.
Tədbir Avropa-Azərbaycan Məktəbinin Badamdar korpusunda baş tutacaq.
Tədbir keçirilən məkanda müxtəlif elmi və texnoloji demoların nümayişi baş tutacaqdır.
Frame.az