“Fotolimp” foto-müsabiqəsinin yekun sərgisi keçirildi
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Fotolimp” adlı foto-müsabiqənin yekun sərgisi keçirilib. Suraxanı rayon Gənclər Evində baş tutan sərgidə müsabiqə iştirakçıları iştirak edib. Açılışda layihə haqqında məlumat verən layihə rəhbəri Cavad Salmanlı sonradan sözü fotoların qiymətləndirilməsində başlıca rol oynayan Azərbaycan Fotoqraflar Birliyinin idarə heyətinin üzvü Xanım Əliyevaya verib. Daha sonra müsabiqə iştirakçılarına sertifikatlar, eyni zamanda ilk 3 yeri tutan iştirakçılara hədiyyələr təqdim olunub. Müsabiqənin qalibi adına Nərmin Məmmədova, 2-ci yer Elxan qəniyev, 3-cü yerə isə Nurlan Tahirli layiq görülüb.
Müsabiqəyə ümumilikdə 43 peşəkar və həvəskar fotoqraf müraciət etmiş, bunlardan 41-i müsabiqənin şərtlərinə uyğun olaraq iştirakçı status qazanmışdır. Ümumilikdə müsabiqəyə 100-dən artıq foto daxil olmuşdur. Seçim prosesi 3 mərhələdə həyata keçirilmişdir. İlk 2 mərhələdə hər iştirakçının 1 fotosu müsabiqədən kənarlaşdırılmışdır. Yekun seçim mərhələsində qaliblərin adlarına aydınlıq gətirilmişdir.
Xatırladaq ki, müsabiqədə iştirak etmək üçün bir ay ərzində müxtəlif müəlliflər tərəfindən istənilən mövzuda foto-şəkillər qəbul olunmuşvə layihənin qaydalarına uyğun gələn foto-müəlliflər iştirakçı statusu qazanmışlar. Layihə 14-29 yaş arası peşəkar və həvəskarlar fotoqraflar arasında keçirilmişdir.
Azərbaycan Fotoqrafları ictimai birliyi Frame.az