Futzal Yüksək Liqa 12-ci tur
Futzal üzrə ölkə çempionatında 12-ci turun oyunları keçirilib. Turun mərkəzi matçında “Neftçi İK” və “Marafon” komandaları üz-üzə gəlib. Görüşün ilk hissəsində qapılara qol vurulmayıb.
Oyunun sonlarına yaxın Renat Sultanov və İlkin Hacıyev’in vurduğu qollar sayəsində “Marafon” komandası 2:0 hesabı ilə qələbə qazanıb. Çempionatın lideri “Araz” Xəmsə’ni 12:2 hesabı ilə məğlubiyyətə uğradıb.
Ekol – Yasamal görüşündə 10:5 hesabı “Ekol” komandası qalib gəlib. Aktivində 34 xalı olan Naxçıvanın “Araz” komandası turnir cədvəlinə başçılıq edir. Neftçi İK – Marafon 0:2 Araz – Xəmsə 12:2 Ekol – Yasamal 10:5
Frame.az
PƏRVİN BAYRAMOV