EventsTəqdimat

“Gəlin uşaqları sevək “

Təqvimdə uşaqlara aid nə qədər çox bayram olsa bir o qədər yaxşıdır. 20 noyabr Beynəlxalq uşaq günü Park Bulvar AVM- də səhər saatlarından əyləncələr başlayır. Saat 15.00. da balaca müştərilərimiz professor Nikolyanın şousuna qonaq olacaqlar. Uşaqlarınız valehedici elmi təcrübələrdə çox əylənəcəklər! Professor Nikolyanın şousu uşaqları heyrətə gətirəcək. Elə böyüklər də bu təcrübələrdən təəccüblənirlər.

Saat 16.00.-da sizi Park Bulvar AVM və Müasir Psixologiya Mərkəzinin birgə təşkil etdiyi “Gəlin uşaqları sevək “adlı tədbirimizə dəvət edirik. Tədbirdə ilk olaraq uşaqlar üçün diaqnostik psixoloji testlər, oyun terapiyası, art terapiya, uşaqların yaş səviyyəsinə görə nitq inkişaf müayinəsi və s. bu kimi diaqnostik müayinələr aparılacaq.

Ardınca saat 18.00-da isə Park Bulvar AVM-in təşkilatçılığı ilə “Qoğal” adlı tamaşamıza dəvətlisiniz. Abdulla Şaiq Adına Azərbaycan Dövlət Kukla teatrının “Qogal” tamaşası uşaqlarınızın ürəyincə olacaq. Fərqli yanaşma ilə təqdim olunacaq, “Qogal” həm də maraqlı dekorasiya, rəngli kostyumlarla da yadda qalacaq.

15056433_10154221031602017_2728130280230103120_nFrame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!