Gəncə Dövlət Dram Teatrında “Kəpəz Kuboku 2020” yarışması keçiriləcək

26 Yanvar 2020-ci il Azərbaycan Gənclər İttifaqının və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Gəncə Dövlət Dram Teatrında “Kəpəz Kuboku 2020” yarışması keçiriləcək. Yarışmaya təşkilatı dəstək Azərbaycan Respublikası Prezident Administrasiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəqs Assosiasiyası və Jam Group. Yarışma yaş kateqoriyasına görə keçirilir: kiçik yaş qrupu (6 yaşa kimi), uşaq (7-10 yaşa kimi), yeniyetmələr (11-15 yaşa kimi), böyüklər (16 yaş və yuxarı).

“İncəsənətimizi bölgələrdə inkişaf etdirib, istedadı olan hər bir gəncimizi irəli çəkib, öz arzularını reallaşdırmaqlarına kömək etmək, inkişafına təkan vermək lazımdır. Gənclər bizim gələcəyimiz və davamçılarımızdır. AGİ və ARA olaraq məqsədimiz bu imkanlardan istifadə edərək ölkəmizin şəhər və rayonlarında istedadlı gənclərimizdən ibarət keçiriləcək festival və müsabiqədə onlar arasında bir-birlərinə qarşı rəqabət apararaq, öz məharətlərini göstərməklərinə imkan yaratmaqdı.”

Müsabiqədə iştirak edən bütün iştirakçılara uğurlar diləyirik.

Qeydiyyat üçün əlaqə nömrələri.

Az.gencler@mail.ru
+994124971236
+994502502293
+994557079002

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: