IqtisadiyyatMobil dünyaSağlamlıqSosialTəhsilTəqdimat

Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu

“Azercell Telekom” və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı sayəsində ölkənin İT olimpiadası üzrə milli komandası yüksək nəticələr nümayiş etdirir 

İnformatika fənni üzrə müxtəlif milli və beynəlxalq olimpiadaların qalibi Gəncə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2023-cü il məzunu, hal-hazırda İngiltərənin London Universitet Kollecində (UCL) təhsil alan Fidan Hüseynova dünyanın ən nüfüzlu ali məktəbinə  ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub.

Məktəbli olduğu dövrdə Fidan yerli və beynəlxalq olimpiadalarda iştirak edərək uğurlu nəticələr əldə edib. Belə ki, Fidan informatika fənni üzrə Respublika Fənn Olimpiadalarında (RFO) 4 dəfə qızıl medal və iştirak etdiyi 11 müxtəlif beynəlxalq olimpiadalar və müsabiqələrdə 1 qızıl,  2 gümüş, 3 bürünc medal və 1 həvəsləndirici mükafata layiq görülüb.

Fidanı təbrik edir, təhsilində uğurlar arzulayırıq!

Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Sözügedən müddətdə məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə ölkəmizi uğurla təmsil edərək 4 qızıl, 16 gümüş və 40 bürünc olmaqla ümumilikdə 60 medal əldə ediblər.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!