IqtisadiyyatTəqdimatƏn SonƏn Son

Gənc fermerlərin Gəncə şəhərinə və Göygöl rayonuna sahə səfərləri baş tutub

FAO-Azərbaycan Əməkdaşlıq Proqramı çərçivəsində icra edilən “Aqrar Məşğulluğun Artırılması” (AMAL) Layihəsi çərçivəsində gənc fermerlərdən və AMAL layihəsi səfirlərindən ibarət 50 fermer gənc üzvündən ibarət nümayəndə heyəti Gəncə şəhəri və Göygöl rayonuna səfərlər ediblər.

FAO-nun Azərbaycandakı nümayəndəliyindən Frame.az-a bildirilib ki, iki günlük səyahət proqramı zamanı AMAL layihəsi üzrə fermerlər Azərbaycan Dövlət Aqrar Universitetinin əkin sahələrini, Heyvandarlıq Təsərrüfatı Kompleksini və Quşçuluq Tədris Mərkəzini ziyarət etdilər. Daha sonra, Göygöl ərazisində Bitki Mühafizəsi və Texniki Bitkilər üzrə Elmi Tədqiqat İnstitutu, Heyvandarlıq Problemləri üzrə Elmi Tədqiqat İnstitutu və Süni Mayalanma Mərkəzində oldular.

Nümayəndə heyəti və gənc fermerlərin Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərovla görüşü keçirilib. Görüşdə AMAL layihəsinin nümayəndəsi layihə çərçivəsində mövcud fəaliyyətləri və gələcək planlarını təqdim edib, rektor İbrahim Cəfərov gənc fermerlərin aqrar sektorda həyata keçirdiyi layihə və proqramlar, onların verdiyi töhfələr və qazandıqları uğurların önəmini vurğulayıb.

Bu layihənin ümumi məqsədi kənd təsərrüfatında gənclər üçün daha yaxşı imkanlar yaradılmasına dəstək verməklə kənd təsərrüfatı sahəsində yoxsulluğun azaldılmasına və iqtisadi inkişafın artırılmasına töhfə verməkdir. Nəticədə, sahə ziyarətləri yerli fermerlərin heyvandarlıq və bitkiçilik məhsulları ilə bağlı praktiki bilik və bacarıqlarını artırmağa kömək edəcək.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Kənd Təsərrüfatı Nazirliyi ilə birgə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FAPP) çərçivəsində Azərbaycanın kənd təsərrüfatı sektorunda gənclərin məşğulluğunun artırılmasını təşviq edir. Tərəfdaşlıq proqramı çərçivəsində xüsusilə kənd yerlərində gənc qadın və kişilərin özünüməşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsinə yönəlmiş “Aqrar Məşğulluğun Artırılması” (AMAL) layihəsi ölkədə kənd təsərrüfatı sahəsində lazımi bacarıqların inkişafı və yeniliklərin tətbiqi yolu ilə həyata keçirilməsini dəstəkləyir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!