Gənc idmançılarımızın inanılmaz uğurları- Foto
6-10 dekabr 2018 tarixində Bakı İdman Sarayında Dünya Budo Döyüş Növləri Federasiyasının təşkil etdiyi Dünya kuboku keçirilmişdir.
Bu yarışda Bakı Karate-do Akademiyası maksimum nəticə göstərmişdir. Beləki 16 idmançı 10 qızıl, 3 gümüş, 1 bürünc medal olmaqla 14 medal əldə edə bilmişdir.
Qızıl medal sahibləri: Rüstəmov Səid, Nağızadə Ziyəddin (2 versiya-2 qızıl), İbayev İbrahim, Hüseynli Nihat, Mirzəzadə Zaur, Hüseynov Asim, Yəhyayev İntizam, Xəlilova Jasmin, Kərimov Kənan;
Gümüş medal sahibləri; Salıfov Allahverdi, Hacızadə Aytac, Xəlilova Fəridə;
Bürünc medal sahibləri; Quliyev Ayxan Əlavə olaraq qeyd edək ki, BKA -nın qurucusu və rəhbəri , idman ustası Vüsal Abdullazadədə bu yaxında Ukraynada Dünya Hərbi Döyüş Çoxnövçülüyü üzrə yenidən 3-cü dəfə dünya çempionu olmuş, iki tələbəsi də dünya çempionatında fərqlənməyi bacararaq Əlizadə İlkin (gümüş), İbayev İbrahim (bürünc medal) qazanmışdır.
Frame.az