EventsTəqdimat

Gənclər təşkilatlarının media ilə əlaqələrinin qurulması istiqamətində təlimlər keçirilib

Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə gənclər təşkilatlarının sosial və ənənəvi mediada fəaliyyətinin daha da uğurlu qurulması üçün “Gənclik SəsimİZ” layihəsi həyata keçirilir.

NAYORA-dan Frame.az-a bildiriblər ki, layihənin əsas məqsədi gənclər təşkilatlarının 4 modul üzrə – ictimaiyyətlə əlaqələr, media ilə əlaqələr, sosial media idarəsi və natiqlik üzrə bacarıqlarını inkişaf etdirməklə daha çox gənci əhatə edəcək fəaliyyətlərini stimullaşdırmaqdır.

“Gənclik SəsimİZ” layihəsi çərçivəsində gənclər təşkilatlarının kütləvi informasiya vasitələri ilə əlaqələrinin qurulması və sosial mediada fəaliyyətlərinin inkişaf etdirilməsi istiqamətində 8 təlim keçirilib.

Layihə çərçivəsində gənclər təşkilatlarının ictimaiyyətlə əlaqələr üzrə nümayəndələri və ya rəhbər şəxsləri təlimlərdə iştirak edib. Təlimlərlə yanaşı, gənclər və gənclər təşkilatlarının iştirakı ilə media sahəsində ixtisaslaşmış məşhur şəxslərlə görüşlər, televiziya və radio kanalları ilə isə infosessiyalar təşkil olunacaq.

İlk görüş “ASAN radio”nun rəhbəri Emin Musavi ilə reallaşıb.

Yaxın günlərdə layihə çərçivəsində digər görüşlərin keçirilməsi planlaşdırılır.

“Gənclik SəsimİZ” layihəsi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!