IqtisadiyyatMədəniyyətTeatrTəhsilTəqdimat

“Gənclər Tamaşası” layihəsinə start verilir

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Müasir Gənclər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclər Tamaşası” layihəsi keçirilir.

Layihə çərçivəsində 23 fevral 2019-cu il tarixində Azərbaycan Teatr Xadimləri İttifaqını böyük səhnəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Yaradıcılıq Mərkəzinin yaradıcı tələbələrin və gənc rejissorların iştirakı ilə vətənpərvərlik mövzusunda hazırlanmış “Xəyalpərvər..” adlı tamaşa  oynanılacaq. Tamaşaya giriş sərbəstdir.

 “Xəyalpərvər…” tamaşasının süjeti fantosmoqrafikdir.Tamaşada Qarabağ müharibəsi qəhrəmanlarının daxili aləmi, torpağa bağlılığı ruhi kontekstdə verilir. Biz qəhrəmanlarla ölümlərindən sonra tanış oluruq. Vətən uğrunda canından keçməyə hazır olan milyonların əvəzindən döyüşlərdə şəhidlik zirvəsinə qovuşan bu adamlar bütün Azərbaycanın əksidirlər. Süjetdə hər kəs özünü tapacaq. Yüz il bundan əvvəlki azərbaycanlı ilə yüz il sonrakı görüşəcək sanki… Bu görüş Vətənə, Millətə, Dövlətə məhəbbətin təcəssümü olacaq…

Tamaşa Xocalı soyqırımının 27-cı ildönümünə  həsr olunub.

Tamaşanın quruluşçu rejissour Vahid Orucoğlu, rejissor assistenti Nicat Tarverdili, səs rejissoru Azər Məhərrəmov, dramaturq Yefim Abramov, şeirlərin müəllifi Leyla Bəyimdir.

“Müasir Gənclər Şəbəkəsi” İctimai Birliyinin sədri Həsən Həsənlinin qeyd etdiyinə görə layihənin keçirilməsində məqsəd milli vətənpərvərlik və vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən layihələrə dəstək olmaq, ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş milli qəhrəmanlarımızın tanıdılması, onların həyatı, keçdiyi böyük və şərəfli döyüş yolları, göstərdiyi igidlikləri haqqında tam ətraflı məlumat verməkdən  ibarətdir.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!