Gənclərdən ibarət ictimai maarifləndirmə qrupları paytaxtda və regionlarda şəhid ailələrini, qaziləri ziyarət edirlər

Gənclər Fondunun maliyyə dəstəyi və Şuranın təşkilatçılığı ilə gənclər təşkilatlarının nümayəndələrindən ibarət ictimai maarifləndirmə qrupları karantin qaydalarına uyğun olaraq, Bakıda və regionlarda müxtəlif istiqamətlər üzrə fəaliyyətlərini davam etdirirlər.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından Frame.az-a bildiriblər ki, layihənin əsas məqsədi COVID-19 pandemiyasına qarşı mübarizə və vaksinasiya prosesinin vacibliyi haqqında gənclər arasında maarifləndirici söhbətlər aparmaq, Vətən müharibəsi şəhidləri və qaziləri haqqında məlumatlandırma, eyni zamanda, şəhid və qazi ailələrinin ziyarət olunması, işğaldan azad edilmiş torpaqlarımızda gənclərin gələcəkdə reallaşdırmaq istədikləri layihələr barədə fərdi müzakirələrin aparılması və sorğuların keçirilməsidir.

İctimai maarifləndirmə qrupları 30 gənclər təşkilatının iştirakı ilə 12 şəhər və rayonda fəaliyyət göstərir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: