EventsTəqdimatƏn Son

Gəncə Şəhərində “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihənin açılış mərasimi keçiriləcək

Cari ilin 8 oktyabr tarixində saat 15-00-da Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Gəncə Şəhəri Məhsəti Gəncəvi Mərkəzində “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihənin açılış mərasimi keçiriləcək.

Frame.Az bildirir ki, layihə – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 7 dekabr 2004-cü il tarixində imzaladığı “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi” haqqında Azərbaycan Respublikasının qanunun 6-cı maddəsində qeyd olunan “Azərbaycan xalça sənətinin təbliği ” – bəndinə uyğun olaraq həyata keçirilir.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.

Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Fuad Rəsulun verdiyi məlumata görə, layihənin əsas məqsədi – ölkəmizin bütün bölgələrində Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliği məqsədilə xalçaçılıq üzrə tədris planı təşkil etməkdir. Bu layihəyə ilk olaraq Gəncə şəhərindən start verilir.
Tədris planı 1 ay müddətinə nəzərdə tutulub. Həmin müddət ərzində Azərbaycan Xalça Muzeyinin əməkdaşları hər şənbə günü mühazirə ilə çıxış edəcək, 1 nəfər xalçaçı-rəssam dərs iştirakçılarına əyani şəkildə milli naxışları çəkməyi, yerli toxucu isə xalçanın toxunması texnikalarını öyrədəcək.
Layihənin sonunda iştirakçı gənclər Azərbaycan Xalça Muzeyini ziyarət edəcək və onlara eksponatlar haqqında geniş məlumatlar veriləcək. Həçinin layihəni uğurla başa vuran gənclərə sertifikat təqdim olunacaq.

Frame.az536490

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!