Görəsən paytaxt əhli hansı mənzillərə üstünlük verir?- Sorğu
Bakı əhlinin aktual müzakirə mövzularından biri mənzildir. Mənzil sahibi olmaq əksər şəhər sakinlərinin arzusudur. Bəs görəsən paytaxt əhli hansı mənzillərə üstünlük verir – Sovet dönəmində tikilmiş yoxsa son illərdə inşa olunmuş yeni tikililərə ?
“ACT Azərbaycan” 19 aprel – 1 may tarixlərində Bakı şəhərində apardığı Snəticələrini təqdim edir.
Fikrini öyrəndiyimiz Bakı sakinlərinin yarıdan çoxu yeni tikililərə üstünlük verdiyini bildirib (53 %). Sovet dönəminin tikililərinə maraq nisbətən azdır (34 %).
Bəs hündür mərtəbəli binaları respondentlər üçün cəlbedici edən amillər hansılardır ?
Yeni tikililəri sevdirən əsas səbəb onların geniş əraziyə malik olmalarıdır. Hündür mərtəbəli binaları seçənlərin yarıdan çoxu onları məhz bu səbəbdən seçdiklərini bildiriblər (65 %).
“Novostroyka”nı sevdirən ikinci amil bu binaların strukturunun, həmçinin, kommunikasiya və təchizat sistemlərinin yeni qurulmasıdır (32 %).
Yeni tikililərin gözəl xarici görünüşə malik olmaları mənzil seçiminə təsir edən amillər arasında ilk üçlükdədir (30 %).
Yeni tikililəri bəyənənlərin beşdə biri onları sıfırdan dizayn etmə və ya planlaşdırma özəlliklərinə görə bəyəndiklərini bildirirlər (19 %).
Hündür mərtəbəli binaları sovet dönəminin tikililərindən daha təmiz sayanlar da bu sorğuda ön sıralarda yer alıblar (13 %)
Frame.az