FashionHandmadePR-TanıtımTəqdimat

Türkiyəli modelyer Gülər Baysal “Azerbaijan Fashion Week” moda həftəsinə qatılıb

Türkiyəli modelyer Gülər Baysal bu günlərdə ölkəmizdə keçirilən “Azerbaijan Fashion Week” moda həftəsinə qatılıb. Azərbaycana ikinci gəlişi olduğunu deyən modelyer ölkəmizdə özünü qonaq kimi hiss etmədiyini vurğulayıb: “Tədbirə Fəxriyyə Xələfovanın qonağı olaraq qatıldım. Güclü, peşəkar komanda tərəfindən hazırlanmış tədbir olduğunu və hər şeyin yüksək səviyyədə keçdiyini düşünürəm. Öz adıma deyə bilərəm ki, mənim üçün çox faydalı oldu və nəticə qane etdi. Azərbaycanda olduğum müddətdə mənə göstərilən münasibətdən də çox razıyam. Bəlkə də eyni millət olduğumuz üçün insanların münasibəti, bir-birindən dadlı yeməkləriniz, şəhərinizin möhtəşəm arxitekturası mənə ikinci evim kimi gəldi”.

Məlum olduğu kimi “Azerbaijan Fashion Week” moda gecəsində Gülər Baysalın geyimini nümayiş etdirən yeganə kişi model “Best Model of Azerbaijan 2018”in qalibi, “Best Model of the world”-ün finalçısı Şakir Əhmədzadə idi. “Niyə məhz azərbaycanlı model və Şakir Əhmədzadə” sualına gəlincə isə türkiyəli modelyerin cavabı belə oldu: “Bu moda gecəsi üçün əsasən qadın geyimləri hazırlamışdıq. Amma bilirsiniz ki, “Guler Baysal Haute Couture” olaraq həm də kişilər üçün geyimlər hazırlayırıq. Ona görə istədim ki, kişi model də olsun, hansı ki, unikal, çox bəyənilən biri. Kişilər arasında Şakiri çox unikal hesab etdiyim üçün düşündüm ki, onunla işləyim. “Antalya Fashion Week”  zamanı onunla tanış olmaq şansım olmuşdu. Azərbaycanlı modelyer Şervin Nəcəfpurun ulduz qonağı kimi səhnəyə çıxmışdı. Elə o zaman qısa da olsa bu barədə danışmışdıq. Və Şakirin modaya olan münasibəti, podiumu sevməsi, bədən ölçülərinin dünya standartlarına uyğun olması və ən əsası mənim geyimlərimi sevərək geyinməsi məni çox sevindirdi, qürurlandırdı”.

“Azərbaycan moda adı üçün çalışan çox istedadlı şəxslər var. Fəxriyyə Xələfova, Şervin Nəcəfpurla illərə dayanan dostluğumuz var. Qiyabi tanıdığım, bəyəndiklərim sırasında isə Rüfət İsmayılı, Ləman Süleymanovanı deyə bilərəm”.

Bizim xanımları çox bəyəndiyini bildirən G.Baysal Azərbaycan qadınlarının tərzinin ona yaxın olduğunu bildirdi: “Mən daha çox klassik tərzə üstünlük verirəm. Azərbaycan qadınları da keçmişlərini unutmayaraq, adət-ənənələrinə sadiq qalaraq çox zövqlü geyinirlər. Geyimləri bir-birinə çox yaxşı uyğunlaşdırırlar. Moda yeniliklərini izləyirlər, çox baxımlıdırlar. Həqiqətən də Azərbaycan sənətsevər və inkişaf etmiş ölkədir”.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!