Gənclər və idman nazirinin müavini Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızla görüşüb
Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva Berlində Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edəcək nümayəndə heyətimizlə görüşüb.
Nazir müavini idmançılara yarışlarda uğur və müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, bu gün Almaniyanın Berlin şəhərində Xüsusi Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Azərbaycan Xüsusi Olimpiya Komitəsinin atletika, badminton, basketbol (qızlar), cüdo, bədii gimnastika, həndbol (qızlar), pauerliftinq (ağırlıqqaldırma), stolüstü tennis, üzgüçülük və voleybol (oğlanlar) idman növləri üzrə yığma komandalarından ibarət 72 nəfər nümayəndə heyəti iştirak edəcək. İyunun 25-dək davam edəcək Oyunlarda 170 ölkədən üç min məşqçi və yeddi min idmançı iştirak edəcək. Xüsusi Yay Olimpiya Oyunlarının bağlanış mərasimi iyunun 25-də İkonik Brandemburq qapısında baş tutacaq.